Qadının meyiti bağlı qapı arxasında aşkar edilib

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Yasamal rayonunda 1954-cü il təvəllüdlü Rzayeva Solmaz Yavər qızının mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Dərhal Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilə baxış keçirmiş və vətəndaşı huşsuz vəziyyətdə aşkar ediblər. Hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən aparılmış ilkin müayinə zamanı vətəndaşın vəfat etdiyi müəyyən olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31