Avtomobil piyadanı vurub öldürdü
3 May 2016 12:57 KriminalBakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. DİN-dən "Olaylar"a verilən məlumata görə, mayın 3-də saat 01 radələrində Sabunçu rayonu ərazisində Bakı şəhər sakini İsa Hümbətov idarə etdiyi "VAZ-2107" markalı avtomobillə yolu keçən Kürdəmir rayon sakini Bəylər Səlimovu vurub. Xəstəxanaya yerləşdirilmiş B.Səlimov orada ölüb. Sabunçu RPİ tərəfindən araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31