Özbəkistan vətəndaşını pulunu aparan saxlanıb

Bakıda oğurluq faktının üstü açılıb. DİN-dən verilən məlumata görə, Nəsimi RPİ 20-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 9-da Özbəkistan vətəndaşı Zeynəb Bağırovaya məxsus "Geeta Pharma" MMC-dən 5000 manat pul və məişət əşyaları oğurlamış Tovuz rayon sakini Tural Əhmədov tutulub. Araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31