Bakıda intihar cəhdinin qarşısı alınıb
3 May 2016 12:52 KriminalFövqəladə Hallar Nazirliyi (FHN) Bakıda baş verən intihara cəhd hadisəsi ilə bağlı məlumat yayıb. "Olaylar"-ın FHN-in saytına istinadən verdiyi xəbərə görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Nərimanov rayonunda bir nəfərin intihar etmək məqsədi ilə yaşadığı doqquzmərtəbəli binanın 5-ci mərtəbəsindəki mənzilin eyvanına çıxması barədə məlumat daxil olub. Dərhal nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunaraq aparılmış psixoloji söhbət nəticəsində intihara cəhdin qarşısı alınıb və vətəndaş aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 22:13-də başa çatıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31