DİN Cəlilabadda əməliyyat keçirdi, xarisi vətəndaşlar saxlanıldı
3 May 2016 12:39 KriminalDaxili İşlər Nazirliyi (DİN) Cəlilabad rayonunda əməliyyat keçirib, xarisi vətəndaşlar saxlanılıb. Məlumata görə, İran polisindən alınan əməliyyat məlumatı əsasında DİN Cəlilabadın Cəfərli kəndində xüsusi əməliyyat keçirib. Əməliyyat nəticəsində iki İran vətəndaşı - Mərəhməd Fərhəngi və Rəhim Fərəci saxlanılıblar. Onların üzərindən 1 AKS markalı avtomat silahı (30 güllə ilə birlikdə), bir qoşa lülə ov tüfəngi, gecə görmə cihazı, məftil kəsən alıt və 5 kq heroin aşkarlanıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31