Azərbaycan və Ukrayna vətəndaşlarının azadlıqlarının məhdudlaşdırılması faktı ilə bağlı cinayət işi başlanıb

Azərbaycan və Ukrayna vətəndaşlarının azadlıqlarının məhdudlaşdırılması faktı ilə bağlı cinayət işi başlanıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən  verilən məlumata görə, İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə Bilgəh qəsəbə sakinləri Ədalət Əliyevin və qardaşı Ataməlinin Nardaran qəsəbəsinin ərazisində yerləşən fərdi heyvandarlıq müəssisələrində Azərbaycan və Ukrayna vətəndaşlarının azadlıqlarını məhdudlaşdırmaqla uzun müddət işləməyə məcbur etmələri müəyyən edilib. Faktla əlaqədar cinayət işi başlanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31