Bakıda ər özünü də, arvadını da doğradı

Bu gün Bakıda qanlı hadisə baş verib. Milli.Az bildirir ki, Suraxanı Rayon Polis İdarəsindən lent.az-a verilən məlumata görə, Hövsan qəsəbəsində fərdi yaşayış evində yaşayan 45 yaşlı Eldəniz Yusifov bıçaqla həyat yoldaşı, 37 yaşlı Ceyhunə Yusifovaya xəsarətlər yetirib. Xanımının öldüyünü düşünən şəxs daha sonra bıçaqla özünə də ağır xəsarətlər yetirib. Hər iki şəxs ağır vəziyyətdə 3 saylı şəhər xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31