Notariat kontorundan pul oğurlayan ələ keçib

Nizami (Gəncə) RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurliqla məşğul olan şəxs saxlanıb. DİN-dən verilən məlumata görə, araşdırma zamanı məlum olub ki, fevralın 15-də Gəncə şəhərindəki dövlət notariat kontorlarından birindən 400 manat pul, müşahidə kamerası və ona aid avadanlıqlar oğurlamış şəhər sakini, əvvəllər məhkum olunmuş İbrahim Gərayev tutulmuşdur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31