11-ci sinifdə oxuyan qız özünü öldürdü - DƏHŞƏTLİ OLAY
29 Aprel 2016 12:51 KriminalAğcabədi rayonunda intihar hadisəsi baş verib. Lent.az-ın məlumatına görə, rayonun Şahsevən Təzəkənd kənd sakini, 1999-cu il təvəllüdlü Quliyeva Ülkər Ələmdar qızı özünü yaşadığı evin həyətindəki bağda ağacdan asıb. Bildirilib ki, Ü.Quliyeva orta məktəbin 11-ci sinfində oxuyurmuş. Onun ipdən asılı vəziyyətdə qalmış meyitini ailə üzvləri aşkarlayıb. İntiharın səbəbi hələlik məlum deyil. Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31