Məşhur şirkətin baş mühasibinə hökm oxundu

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə təqsirləndirilən "S.A.B.A şirkəti" MMC-nin baş mühasibi Taleh Rəhimovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Lent.az bildirir ki, hakim Faiq Qəniyevin sədrliyi keçirilən prosesdə hökm oxunub. Hakimlər Kollegiyasının hökmünə əsasən, Taleh Rəhimov 10 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, "S.A.B.A şirkəti" MMC-nin direktoru Əvəz Səfərli Binəqədi Rayon Prokurorluğuna müraciət edib. O, şirkətdə 174 min 504 manatlıq maliyyə çatışmazlığı aşkarlandığını deyib. Daha sonra "S.A.B.A şirkəti" MMC-nin baş mühasibi Taleh Rəhimov şirkətin 174, 5 min manatını mənimsəməkdə şübhəli bilinərək saxlanılıb. O, Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham olunur. Xatırladaq ki, "S.A.B.A. şirkəti" MMC 2000-ci ildən istehsal fəaliyyətinə başlayıb. Şirkət "Millennium" ticarət nişanlı dondurmaların istehsalı və satışını həyata keçirir. Şirkətin Azərbaycanın bütün regionlarında nümayəndəlikləri var.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31