Gömrükdə avtomobilin hər yerindən siqaret çıxdı
28 Aprel 2016 16:36 KriminalXaçmaz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatına əsasən, Rusiya Federasiyasından gələn Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsinə "Samur" gömrük postunun gömrük nəzarəti zonasında baxış keçirilib. Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, yoxlama zamanı nəqliyyat vasitəsinin yük hissəsinin sağ və sol iç üzlüklərinin arxasındakı boşluqlardan, ehtiyat təkərin altından və salonun ön oturacağının arxa üzlüyünün içərisindən gömrük nəzarətindən gizlədilən, Belarus Respublikasının aksiz markası ilə markalanmış 9200 ədəd siqaret aşkar edilib. Faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31