İlqar Məmmədov və Tofiq Yaqublunun şikayəti üzrə məhkəmə prosesinin vaxtı məlum olub

Şəki Apellyasiya Məhkəməsində "REAL" hərəkatının həbsdə olan sədri İlqar Məmmədov və Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublunun apellyasiya şikayətləri üzrə məhkəmə prosesi aprelin 29-da keçiriləcək. Bu barədə İlqar Məmmədovun vəkili Fuad Ağayev "facebook" səhifəsində yazıb. Vəkil qeyd edib ki, ona Şəki Apellyasiya Məhkəməsindən ona prosesin vaxtı ilə bağlı anlaşılmazlıq olduğu bildirilib, İlqar Məmmədov və Tofiq Yaqublunun işi üzrə məhkəmə qərarı sabah saat 17-də elan olunacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31