Paytaxt sakinlərindən odlu silah götürülüb

Bakı şəhər BPİ-nin Cinayət Axtarışı İdarəsi və Sabunçu RPİ 12-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Sabunçu qəsəbə sakinlərindən narkotik maddə və odlu silah götürülüb. DİN-dən verilən məlumata görə, qəsəbə sakini Namiq İbayevdən 2,7 qram, habelə ona məxsus "Mercedes" markalı avtomobilə baxış zamanı 120,2 qram heroin, həmçinin nömrəsi silinmiş "AKM" markalı silah və 22 ədəd patron, Kamil Quliyevdən 2,3 qram, eləcə də ona məxsus "VAZ-2104" markalı avtomobilə baxış zamanı 126 qram heroin, nömrəsi silinmiş "Naqan" tipli tapança və 4 ədəd patron, Orxan İbrahimovdan 148,14 qram marixuana və Namiq Həşimovdan 124,3 qram heroin götürülmüşdür. N.İbayevin ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun fevralın 21-də Bakı şəhər sakini Nazim Ağayevə qarşı xuliqanlıq etməsi də müəyyən edilmişdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31