Paytaxtda boğazı deşilmiş kişi meyiti tapılıb

Aprelin 23-də Nəsimi rayonu ərazisindən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Ruslan Cavadovun boğaz nahiyəsində deşilmiş xəsarəti olan meyiti tapılmışdır. DİN-dən verilən məlumata görə, polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuşlar - Astara rayon sakini Azad Mürsəlov və Babək rayon sakini Lətifə Zamanova tutulmuşlar. Onların tüfeyli həyat tərzi keçirmələri müəyyən edilmişdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31