Keçmiş məhkumlardan narkotik maddə götürülüb
27 Aprel 2016 16:25 KriminalBakı şəhər BPİ-nin Cinayət Axtarışı İdarəsi və Sabunçu RPİ 13-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində paytaxt sakini Məhərrəm Məmmədovdan nömrəsi silinmiş "Makarov" markalı tapança və 3 ədəd patron götürülmüşdür. Dindən verilən məlumata görə, paytaxt sakini, əvvəllər məhkum olunmuş Sultan İsayevdən "AKS" markalı silah, 25 ədəd patron və 1 ədəd patron darağı, əvvəllər məhkum olunmuş Mehman Hacıyevdən 505,354 qram heroin, əvvəllər məhkum olunmuş Telman Bayramovdan 101,042 qram heroin götürülmüşdür.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31