Bakıda silahlı dəstə üzvləri zərərsizləşdirilib

Bakıda silahlı dəstə zərərsizləşdirilib. APA-nın məlumatına görə, Bakı şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində 1985-ci il təvəllüdlü Kamil Quliyev, 1983-cü il təvəllüdlü Namiq İbayev, 1981-ci il təvəllüdlü Namiq Həşimov,  1985-ci il təvəllüdlü Orxan İbrahimov, 1989-cu il təvəllüdlü Məhərrəm Məmmədov saxlanılıblar. K. Quliyevin üzərindən 2, 254 qram heroin, idarə etdiyi avtomobildən isə 1 ədəd nömrəsiz "Naqan" tipli tapança və 4 ədəd güllə; N. İbayevin üzərindən 2, 688 qram heroin, idarə etdiyi avtomobildən 1 ədəd avtomat, 1 ədəd içərisində 22 güllə olan daraq, N. Həşimovun üzərindən heroin, O. İbrahimovdan isə qurudulmuş marixuana, M. Məmmədovun üzərindən "Makarov" tipli tapança və 3 ədəd güllə aşkar edilərək götürülüb. Hazırda faktla bağlı araşdırmalar davam etdirilir.  

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31