Oğurluqla məşğul olan 5 nəfər saxlanıb
28 Mart 2016 15:46 KriminalDİN-dən verilən məlumata görə, Qaradağ RPİ 11-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 26-da Elpayı Bəşirova, Zabil Mehdiyevə və Taleh Səlimova məxsus avtomobillərdən akkumulyator oğurlamış qrupun üzvləri - Neftçala rayon sakini Cavid Şahbıyev, Masallı rayon sakinləri Qafar Qəhrəmanlı və Həsənağa Əliyev tutulublar. Həmçinin Xətai RPİ 27-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 26-da Bakı şəhər sakini Kamal İsmayılovun pulunu quldurluq yolu ilə almış həmyerliləri Tural Əliyev və Həsən Abdullayev tutulublar. Hər iki faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31