Keçmiş məhkumdan narkotik vasitə götürülüb
28 Mart 2016 15:31 KriminalMasallı rayon sakinindən külli miqdarda narkotik götürülüb. "Olaylar" Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Yardımlı RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Masallı rayon sakini Ziya Müzəffərovun idarə etdiyi "Mercedes" markalı avtomobil saxlanılıb. Avtomobildə olan sərnişin, əvvəllər məhkum olunmuş Fikrət Cabbarovdan 4 kiloqram 860 qram marixuana, 935 qram həşiş qətranı və 806 qram heroin götürülüb. Faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31