Mənzildən oğurluq edən qadın saxlanıb
28 Mart 2016 13:55 KriminalBakıda evdən oğurluq edən qadın iki ay sonra tutulub. "Olaylar" Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, hadisə Nərimanov rayonunda qeydə alınıb. Belə ki, Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 25-də Bakı şəhər sakini Əli Kazımova məxsus evdən 1600 ABŞ dolları oğurlamış Bərdə rayon sakini Səidə Zeynalova tutulub. Faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31