Azərbaycan vətəndaşları iki qızı zorladı

Saxlanılan şəxslərdən biri həmin qızla bir müddət əvvəl internetdə tanış olub

Rusiyada iki Azərbaycan vətəndaşı  ardıcıl törətdikləri iki zorlama faktına görə saxlanılıblar. Anspress-in tuday.ru saytına istinadən verdiyi məlumata görə, hadisə Rusiyanın Ulan-Ude şəhərində qeydə alınıb. Məlumata görə, Ulan-Ude şəhərində iki Azərbaycan vətəndaşı qız zorlamaqda şübhəli bilinərək saxlanılıb. Onlardan biri artıq altı ildir, həmin şəhərdə yaşayır. Verilən məlumata görə, saxlanılan kişilərdən biri həmin qızla bir müddət əvvəl internetdə tanış olub. Şəhərdə taksi sürücüsü işləyən həmin şəxs və başqa bir azərbaycanlı internetdə tanış olduğu qızı Ulan-Udenin ətrafındakı bir kəndə gətirərək onu orada zorlayıblar. Daha sonra isə heç bir hadisə baş verməmiş kimi şəhərə qayıdıblar. Ertəsi gün oxşar fakt yenidən təkrarlanıb. Gecə klublarından çıxan digər bir qızı mənzil başına aparmaq üçün avtomobilə əyləşdirib, onu da bir kəndə apararaq zorlayıblar. Hazırda hər iki fakt üzrə cinayət işi başlanıb və onların digər oxşar əməllər törətdikləri araşdırılır. Azərbaycan vətəndaşlarının bu əməlləri sosial şəbəkədə geniş səs-küyə səbəb olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31