Bayramlaşmağa gedən qadının ailəsinin bayramı qara gəldi

Bərdə rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Rayonun Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, hadisə Qazqurdalı kəndində qeydə alınıb. Şəhərin Zöhrabbəyov küçəsi 5 ünvanında yaşayan 1955-ci il təvəllüdlü Sona Əli qızı Hüseynova qohumları ilə bayramlaşmağa gedərkən naməlum avtomobil tərəfindən vurulub. 61 yaşlı qadın aldığı xəsarətlərdən hadisə yerində keçinib.

Hadisəni törədən naməlum sürücü isə ərazidən uzaqlaşıb. Hazırda onun tutulması istiqamətində araşdırmalar aparılır.

Faktla bağlı Bərdə rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.

Ötən gün gecə saatlarında Bakının Nərimanov rayonunda da bayramlaşmaq üçün qohumlarının evinə gedən iki qohumu maşın vurub. Həsən Əliyev küçəsində baş verən hadisə zamanı hərəkətdə olan "Audi" markalı avtomobil yolu keçmək istəyən iki piyadanı vurub.

Piyada keçidindən keçərkən vurulan 48 yaşlı Sənubər Hacıyeva və xalası qızı 48 yaşlı Raifə İsayeva ağır bədən xəsarətləri alıb. Hər iki yaralı dərhal təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırlıblar.

Qəzanı törədən sürücü Cavid Nəzərov sərxoşluğun müayinəsi məntəqəsinə aparılıb. Onun sərxoş olmadığı məlum olub. Qəzaya yüksək sürətin səbəb olduğu ehtimal edilir. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31