Cibgirliklə məşğul olan keçmiş məhkum saxlanıb
15 Mart 2016 16:24 KriminalNəsimi rayonu ərazisində 20 saylı xətt avtobusunda Ağsu rayon sakini Azər Niftəliyevin cibindən 500 ABŞ dollarını oğurlayaraq avtobusdan düşüb qaçan şəxs həmin ərazidə xidmət aparan Əlahiddə Çevik Polis Alayının əməkdaşları tərəfindən tutulub. DİN-dən verilən məlumata görə, onun, Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Ehtiram Cavanşirli olması müəyyən edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31