Narkotik satan şəxs yaxalanıb
15 Mart 2016 16:24 KriminalBaş Cinayət Axtarışı İdarəsi və Balakən RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Qullar kənd sakini Tural Nəsibov 475,37 qram marixuananı satarkən tutulub. DİN-dən verilən məlumata görə, onun üstünə baxış zamanı əlavə 14,51 qram marixuana aşkar edilərək götürülüb. Davam etdirilən tədbirlərlə T.Nəsibova narkotik vasitəni satmış rayon sakini İlqar Sarıyev də tutulmuş, ondan 9,28 qram marixuana götürülüb. İ.Sarıyevin evinə baxış zamanı isə dibçəklərdə kultivasiya yolu ilə yetişdirilmiş 73 ədəd çətənə kolu da aşkar edilərək götürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31