Qaxda 4 otaqlı ev külə dönüb

Qax rayonu, Marsan kəndində vətəndaşa məxsus 4 otaqlı ev yanıb. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, nəticədə ümumi sahəsi 200 kv.m olan ikimərtəbəli 4 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 4 kv.m sahədə və ona bitişik ümumi sahəsi 32 kv.m olan birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları, həmçinin ev əşyaları yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31