Azərbaycanda narkotik dövriyyəsi ilə bağlı saxlanılan əcnəbilərin sayı açıqlanıb

Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar 2015-ci ildə 57 nəfər xarici ölkə vətəndaşı məsuliyyətə cəlb olunub. Məlumata görə, bu, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövryyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının hazırladığı "Azərbaycan Respublikasında narkotiklərə nəzarət sahəsində 2015-ci il üçün Ölkə Məruzəsi"ndə əksini tapıb. Məsuliyyətə cəlb olunmuş 57 nəfər xarici ölkə vətəndaşlarından 65 kq-dan artıq müxtəlif növ narkotik vasitələr götürülüb. Əcnəbilərin 31 nəfəri İran İslam Respublikası, 20 nəfəri Gürcüstan, 2 nəfəri Türkiyə, 2 nəfəri Ukrayna, 1 nəfəri Rusiya Federasiyası, 1 nəfəri Türkmənistan vətəndaşı olub. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31