Qadını vuran sürücü aradan çıxıb
14 Mart 2016 14:55 KriminalNəsimi rayonunun Bülbül prospektində yol-nəqliyyat hadisəsi baş veib. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, martın 13-də saat 16 radələrində Nəsimi rayonunun Bülbül prospektində müəyyən edilməmiş avtomobillə yolu keçən Bakı şəhər sakini Leyla Nəzirova vurulub. L.Nəzirovaya xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb. Nəsimi RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31