Maşınlara qənim kəsilənlərin qolları qandallanıb
14 Mart 2016 14:49 KriminalBakıda avtomobildən oğurluq etmiş şəxslər tutulub. DİN-dən verilən məlumata görə, Bakı Şəhər Baş Polis İdarəsi və Yasamal RPİ 26-cı əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 9-da Bakı şəhər sakini Zahid Əlizadəyə məxsus "Jeep Grand-Cheroke" markalı avtomobildən noutbuk və sənədlər oğurlamış Tovuz rayon sakini, əvvəllər məhkum olunmuş Vüqar Rüstəmov, Abşeron rayon sakini Elçin Qarayev və paytaxt sakini, əvvəllər məhkum olunmuş Emil Məmmədov tutulublar. E.Məmmədovun ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun ötən ili dekabrından cari ilin martınadək olan müddətdə daha 5 avtomobildən pul, məişət və geyim əşyaları oğurlaması da müəyyən edilib. Araşdırmalar davam etdirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31