İqtisadiyyat

Mobil təhlükələrin sayı 2 dəfə artıb

7 Mart 2019 10:44

2018-ci ildə mobil qurğu istifadəçilərinin üzləşdiyi təhlükələrin sayı təxminən 2 dəfə artaraq 117 milyona çatıb. Bu barədə “Kasperski laboratoriyası” antivirus şirkətinin məlumatında deyilir. Mobil təhdidlərin sayının əhəmiyyətli dərəcədə artmasına baxmayaraq zərərli proqramların sayında azalma müşahidə olunur. Ekspertlər bu tendensiyanı cinayətkarlar tərəfindən yeni yoluxma texnikalarının tətbiqi, eləcə də zərərli proqram təminatının yayılması üzrə yoxlanılmış sxemlərin (məsələn, SMS spam vasitəsilə) gücləndirilməsi ilə izah edirlər. Şirkətin məlumatına görə, ötən il ən populyar mobil təhlükə sayı 1,5 dəfə artaraq yeni rekord müəyyənləşdirən bank troyanları olub. Bu viruslar ümumilikdə 180 ölkədə 1,8 milyon istifadəçiyə hücum edib. Rekord yayılma templərini “Asacub” və “Hqwar” troyanları nümayiş etdirib.

“PlayStation Vita” oyun qurğusunun istehsalı dayandırılır

6 Mart 2019 10:34

Yaponiyanın “Sony” şirkəti yaxın vaxtlarda “PlayStation Vita” portativ konsolunun ticarət şəbəkələrinə tədarükünün dayandırılacağını rəsmən bəyan edib.   Şirkət oyun qurğusunun tezliklə Yaponiyada istehsalının dayandırılması ilə bağlı əvvəllər yayılan informasiyanı da təsdiq edib. Dəqiq müddət açıqlanmasa da, şirkət tərəfindən “PlayStation 3” ilə bağlı oxşar bəyanatın konsolun istehsalının faktiki dayandırılmasından iki ay əvvəl verilməsini xatırlamaq olar.