Vahid Əhmədov: “Dövlət satınalmaları ilə bağlı çox ciddi problemlər var”
Hesablama Palatasının apardığı yoxlamalar nəticəsində bir sıra dövlət qurumlarında çox ciddi nöqsanlar aşkar olunur, üzə çıxarılır.
5 Aprel 2019 13:06 İqtisadiyyat"Hesablama Palatasının apardığı yoxlamalar nəticəsində bir sıra dövlət qurumlarında çox ciddi nöqsanlar aşkar olunur, üzə çıxarılır. Nöqsanlar üzə çıxarılır, amma onların aradan qaldırılması istiqamətində işlər axsayır, onlar olduğu kimi qalır və təkarlanır". "Olaylar" xəbər verir ki, bunu millət vəkili Vahid Əhmədov deyib.Millət vəkili xüsusilə, dövlət satınalmaları ilə bağlı məsələdə ciddi problemlərinin, nöqsanların olduğunu bildirib: "Burada çox ciddi problemlər var, davam edir. Bu məsələdə şəffaflıq demək olar ki, yoxdur. Kim necə istəyirsə, o cür hərəkət edir. Biz dəfələrlə bu məsələni qaldırmışq, ancaq çox təəssüflər olsun ki, heç bir nəticə yoxdur. Həmçinin, dövləti zəmanəti ilə alınmış kreditlərin qaytarılmasında ciddi nöqsanlar var. Bir çox dövlər qurumları dövlət zəmanəti ilə aldıqları kreditləri geri qaytarmırlar və ya qaytarmaq istəmirlər, müxtəlif bəhanələr gətirirlər. Hesab edirəm ki, bu özbaşınalıqlar aradan qaldırılmalıdır və kreditlər verilərkən, bütün addımlar yüz dəfə ölçülüb, biçilməlidir. Kimə gəldi bu kreditləri vermək olmaz". Millət vəkili əlavə edib ki, eyni zamanda, ünvanlı sosial yardımların verilməsində nöqsanlar davam etməkdədir: "Bu günlərdə təmsilçisi olduğum Quba rayonunda 60-a yaxın seçicinini qəbul etdim. Onların az qala 90 faizi bu məsələ ilə bağlı narazılıqlarını, etirazlarını bildirirdilər. Deyirdilər ki, bizə verilməlidir, amma verilmir, qeyri-şəffaflıq var və sairə. Ona görə bu məsələdə də problemlər, nöqsanlar artıq aradan qaldırılmalı, insanlar incidilməməlidirlər. Bununla yanaşı, mühasibat uçotu ilə bağlı ciddi problemlər yaşanmaqdadır. Biz hələ bir il öncə "Mühasibat uçotu haqqında" qanuna dəyişikliklər edilərkən, həmkarım Əli Məsimli ilə bağlı öz narahatlığımızı bildirmişdik, demişdik ki, bu sahədə ölkədə təcrübəli, peşəkar mütəxəssislər çox azdır, bu məsələ, yeni dəyişikliklər gələcəkdə yeni problemlər yarada bilər və yaradacaq. Ötən bir il ərzində də dediklərimizin, narahatlığımızın əsaslı olduğu üzə çıxmış oldu. Odur ki, bu məsələyə də daha ciddi şəkildə qayıtmaq lazımdır".