Deputatlarımız Qətərə gedəcəklər

Milli Məclisin deputatları Kamran Bayramov, Şahin İsmayılov və Sona Əliyeva Parlamentlərarası İttifaqın 140-cı Assambleyasında iştirak etmək üçün aprelin 6-da Qətər Dövlətinin paytaxtı Doha şəhərinə səfərə gedecəklər

Milli Məclisin deputatları Kamran Bayramov, Şahin İsmayılov və Sona Əliyeva Parlamentlərarası İttifaqın 140-cı Assambleyasında iştirak etmək üçün aprelin 6-da Qətər Dövlətinin paytaxtı Doha şəhərinə səfərə gedecəklər. MM-dən "Olaylar"a bildirilib ki, tədbirdə millət vəkilləri "Sülhə zərər verən və insan hüquqlarını pozan vasitə kimi muzdlulardan istifadənin yolverilməzliyi", "Dayanıqlı inkişaf məqsədlərinə, xüsusilə də iqtisadi bərabərlik, dayanıqlı infrastruktur, sənayeləşmə və innovasiyaya nail olmaqda azad və ədalətli ticarət və investisiyanın rolu" adlı qətnamə layihələrinin müzakirələrində iştirak edəcəklər. Millət vəkilləri müzakirə olunacaq məsələlər barədə öz fikirlərini bildirəcəklər. Səfər aprelin 11-də başa çatacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31