Asim Mollazadə Braziliya səfiri ilə görüşüb
Asim Mollazadə Braziliya Federativ Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Manuel Adalberto Karlos Monteneqro Lopes da Kruzla görüşüb
4 Aprel 2019 17:34 İqtisadiyyatDemokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə Braziliya Federativ Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Manuel Adalberto Karlos Monteneqro Lopes da Kruzla görüşüb. DİP-dən "Olaylar"a verilən məlumata görə, görüşdə Azərbaycan-Braziliya münasibətləri, ölkəmizdəki və regiondakı ictimai-siyasi durum müzakirə edilib. Asim Mollazadə qonağa ölkəmizdəki ümumi vəziyyət, partiyanın fəaliyyəti barədə ətraflı məlumat verib. Görüşdə həmçinin Azərbaycan-Braziliya əlaqələrinin, parlamentlərarası münasibətlərin daha da genişləndirilməsi, ölkələrimiz arasında dostluq münasibətlərinin dərinləşdirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.