Hesablama Palatasının auditləri zamanı 714 halda nöqsan aşkarlanıb

Hesablama Palatasının illik hesabatı Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin aprelin 5-də keçirilən iclasında müzakirəyə çıxarılıb

Hesablama Palatasının illik hesabatı Milli Məclisin  İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin aprelin 5-də keçirilən iclasında müzakirəyə çıxarılıb. "Olaylar" xəbər verir ki, Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deyib ki, indiyə qədər Hesablama Palatası MM-də, plenar iclasda hesabat verib, bu il isə parlamentin komitəsində hesabatının müzakirəyə çıxarılması əlamətdar haldır. Onun sözlərinə görə, Hesablama Palatası 2018-ci ildə 58 nəzarət tədbiri barədə qərar qəbul edib, bunların 5-i analitik təhlil, 53-ü audit formasında həyata keçirilib: "Audit yoxlamaları 9,3 milyard manat vəsaiti əhatə edib. Auditlərin 38-i Bakıda, 2-i xarici ölkələrdə yerləşən səfirliklərdə, digərləri regionlarda aparılıb. Auditlər zamanı 714 halda nöqsan aşkarlanıb. Bunların içərçisində büdcə qanunvericilyiinin pozulması, mhasibat və  dövlət satınalmaları ilə bağlı nöqsanlar daha çox olub. O cümlədən, sosial müdafiə sahəsində də nöqsanlar aşkarlanıb."  Hesablama Palatasının sədri sonra nəzərə çatdırıb ki, son 5 ildə audit yoxlamaları nəticəsində 69,5 milyon manat vəsait dövlət büdcəsinə, 2,2 təşkilatlara, 2,6 milyon manat Dövlət Sosial Müdafiə Fondunun büdcəsinə bərpa edilib: "Ümumilikdə isə son 5 ildə ərzində 72,1 milyon manat vəsaitin bərpsı təmin edilib. Bu müddət ərzində Hesablama Palatası Nazirlər Kabinetinə 21 təklif təqdim edib, bu təkliflərdən 13-ü qəbul edilərək müvafiq aktlarda dəyişikliklər edilib, 4 təklif məqbul sayılmayıb, 4 təklifə münasibət bildirilməyib. 2018-ci ildə Hesablama Palatası Nazirlər Kabinetinə 6 yeni təklif təqdim edib". V. Gülməmmədov  eyni zamanda deyib ki, hesabat ilində 8 nəzarət tədbirinin nəticələri barədə məlumatlar prokurorluq orqanlarına, 1 nəzarət tədbiri barədə məlumat isə Dövlət Təhlükəsizliyi Xidmətinə (DTX) təqdim edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31