Azərbaycan iqtisadiyyatının rəqabətqabiliyyətliliyi istiqamətində görülmüş işlər diqqəti cəlb edir
5 Aprel 2019 16:42 İqtisadiyyatAzərbaycan sosial-iqtisadi sahədə də dinamik tərəqqi dövrünü yaşayır
Prezident İlham Əliyev şəxsi keyfiyyətləri, uzaq görənliyi və zəngin dünya görüşü, eləcə də mükəmməl idarəçilik qabiliyyəti ilə müasir Azərbaycan dövlətçiliyinin gücləndirilməsində və sosial-iqtisadi inkişafında böyük nailiyyətlərə imza atmışdır. Xalqının sosial vəziyyəti daim diqqət mərkəzindədir. Prezident cənab İlham Əliyev vətəndaşların sosial problemlərinin həllini dövlətin sosial siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyən edib. Dövlət-vətəndaş münasibətləri sağlam zəmində qurulub. Azərbaycan vətəndaşı bilir ki, ən ağır vəziyyətdə Azərbaycan dövləti onun yanında olacaq. Dövlət isə tam əmindir ki, vətəndaş hər zaman dövlətin arxasında olacaq. Dövlət başçısının səmərəli fəaliyyəti Azərbaycan vətəndaşlarının üzləşdiyi problemlərin həllində mühüm rol oynayır. Bu, Prezident-vətəndaş münasibətlərində əsas amil olmaqla ölkəmizin inkişafında, cəmiyyətdə inam, etimad mühitinin formalaşmasında da aparıcı funksiya daşıyır. 2003-cü ildə cənab İlham Əliyev prezident seçilərkən dediyi "Mən hər bir Azərbaycan vətəndaşının prezidenti olacağam" sözünə bir daha sadiq qaldığını sübut edir. Hər bir vətəndaşımızın rahat yaşaması üçün təmin olunan rifah bugünkü Azərbaycan reallığının ən mühüm nemətlərindən biridir. Ölkə əhalisinin yaşayış səviyyəsinin və sosial rifahının yüksəldilməsi hər zaman Prezident cənab İlham Əliyevin apardığı siyasətin başlıca prioritetlərindən olmuşdur. Azərbaycan bu gün dünyanın siyasi sistemində özünəməxsus yeri ilə seçilir. Prezident İlham Əliyev hakimiyyətə gəldiyi gündən xalqın rifahı yolunda yorulmadan çalışır. Əhalinin rifahının yaxşılaşdırılması, sosial problemlərin həlli, insanların müasir təhsil və səhiyyə xidmətləri ilə təmin olunması istiqamətində ardıcıl addımlar atılır.
Azərbaycan öz iqtisadi gücünü hər addımda sübut edir. Azərbaycan həm regionda, həm də islam dünyasında lider dövlət kimi qəbul olunur. Cənab Prezidentimiz gördüyü işlərlə Azərbaycanda, regionda və bütün dünyada öz ölkəsini inkişaf və firavanlıq, vətəndaş həmrəyliyinin və əmin-amanlığın təmin edilməsi yolunda qətiyyətlə irəli aparan prinsipial, güclü və iradəli rəhbər kimi tanınır. Bu gün Azərbaycanda quruculuq sahəsində, sosial inkişafı istiqamətində, beynəlxalq siyasətdə gördüyü işlər göz önündədir. Bu bir reallıqdır. Azərbaycan getdikcə daha müasir və daha sivil dövlətə çevrilir. Nəhəng quruculuq işləri, saysız-hesabsız tikililər, səhiyyə ocaqları, təhsil müəssisələri, məcburi köçkünlər, şəhid ailələri, əlillər, veteranlar üçün yaşayış binaları, qəsəbələr, yollar, körpülər ölkəmizin iqtisadi yüksəlişinin və xalqımızın sosial vəziyyətinin yüksək səviyyəsinin bariz nümunəsidir. Bu gün Azərbaycan Cənubi Qafqaz regionunun siyasi, iqtisadi, humanitar mərkəzi statusunu möhkəmləndirmiş, qlobal problemlərin həllində və beynəlxalq münasibətlər sistemini tənzimləyən qərarların qəbulunda ciddi rol oynamağa başlayıb. Bu gün regionlarımız davamlı inkişaf mərhələsinə qədəm qoyub. Azərbaycan bütün istiqamətlərdə, o cümlədən iqtisadi sahədə dinamik inkişafını müvəffəqiyyətlə davam etdirən tolerant bir ölkədir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən çoxşaxəli və balanslaşdırılmış xarici siyasət kursu Azərbaycan Respublikasının milli dövlət kimi müasir beynəlxalq münasibətlər sistemində gücünü və nüfuzunu artıran mexanizm qismində çıxış etməkdədir. Ölkəmizdə iqtisadiyyatın davamlı inkişafını təmin etmək və əhalinin sosial rifahını yaxşılaşdırmaq barədə imzaladığı fərman və sərəncamları xalqa göstərilən dövlət qayğısının təzahürüdür. Həyata keçirilən kompleks islahatlar, geniş quruculuq işləri və yaradılan güclü iqtisadiyyat bu gün Azərbaycanın əsas inkişaf göstəriciləridir.
Dünyanın hər bir nöqtəsində, regionunda müxtəlif problemlərin mövcudluğu hər birimizə məlumdur. Elə bir ölkə yoxdur ki, orada müəyyən mənada problemlər olmasın. Əsas məsələ odur ki, ölkədə yaranmış bütün problemlərin həlli istiqamətində işlər görülür, mövcud problemlərin aradan qaldırılması üçün lazımı qüvvələr səfərbər edilir. Demokratik dəyərlərin kifayət qədər möhkəm özüllər üzərində bərqərar olaraq inkişaf etdiyi Azərbaycan sosial-iqtisadi sahədə də dinamik tərəqqi dövrünü yaşayır. Siyasi, iqtisadi, sosial, mədəni və digər sahələr üzrə yaşanan inkişafın biri-birini tamamlaması isə öz növbəsində ölkəmizi daha güclü, beynəlxalq miqyasda daha böyük nüfuz sahibi olan bir dövlətə çevirir.
Bu gün Azərbaycan dünyanın 35 ən rəqabətqabiliyyətli ölkəsindən biri hesab edilir. Prezident İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində ölkə iqtisadiyyatına 3,5 milyard dollar sərmayə qoyulub və bunun böyük hissəsi xarici sərmayədir. Bu, isə onu göstərir ki, respublikamız xarici investorlar üçün çox cəlbedici ölkədir. Ölkəmizin valyuta ehtiyatları 2,2 milyard dollar artıb və hazırda 45 milyard dollara bərabərdir. Azərbaycan dünyada yetərincə tanınmaqdadır.Xüsusilə son illərdə müxtəlif sahələrdə yüksək irəlləmələr özünü göstərməkdədir. Ölkəmiz iri layihələrin icraçısı kimi tanınır.Bu gün Azərbaycan dünya dövlətləri arasında etibarlı tərəfdaş kimi tanınmaqdadır. Təbii ki, burda iqtisadiyyatımızın güclənməsi,inkişafı,iqtisadi gücümüz öz rolunu oynamaqdadır. Artıq qeyri-neft sektorunun inkişafı da dövlətimizin piaritet mövzularından biridir. Cənab Prezident söylədiyi kimi "Biz neftdən gələn gəlirləri insan kapitalına çeviririk.
Ölkəmizin inkişafı hər bir vətəndaşımızı sevindirməklə düşmənlərimizə göz dağı verir. Düşmən müxtəlif yollarla Azərbaycanın yürütdüyü siyasətə kölgə salmağa çalışır. Bu gün erməni də, erməniyə arxa-dayaq duran ölkələrdə anlamalıdır ki, Azərbaycan heç bir zaman işğalçı siyasəti ilə barışmayacaq. Cənab Prezidentimiz qeyd etdiyi kimi "Heç kim bizim daxili siyasətimizə qarşıa bilməz,Azərbaycan müstəqil siyasət aparır".
Azərbaycan dövləti həm daxili siyasətini, həm də xarici siyasətini uğurla həyata keçirməkdə davam edir. İnanırıq ki, bu siyasətin nəticəsində güclənən ordumuz sülh yolu ilə olmasa müharibə yolu ilə torpaqlarımızı azad edəcək. Başımızın üzərində dalğalanan üç rəngli bayrağımız Qarabağımızda dalğalanacaqdır.
Ölkəmizdə güclü iqtisadiyyat yaranıb, eyni zamanda, sosial problemlərin həllində müəyyən addımlar atılır. Respublikamızın iqtisadi imkanları olmasaydı, ölkədə pensiyaları, maaşları qaldırmaq, irihəcmli investisiya yatırmaq, infrastruktur layihələri həyata keçirmək mümkün olmazdı. Son dövrdə Azərbaycan iqtisadiyyatının rəqabətqabiliyyətliliyi istiqamətində görülmüş işlər diqqəti cəlb edir. Dünya İqtisadi Forumunun hesablamalarında rəqabətqabiliyyətliliyə görə Azərbaycan 35-ci yerə yüksəlib.
Tam müstəqil siyasət yürüdən Azərbaycan dövləti öz müdrik rəhbəri İlham Əliyevin rəhbərliyi ilə beynəlxalq şəraitdən, maliyyə və iqtisadi böhrandan asılı olmayaraq dinamik və hərtərəfli inkişaf edir, öz siyasi, sosial-iqtisadi qüdrətini artırır, dünyadakı mövqelərini daim möhkəmləndirir. Prezident cənab İlham Əliyev müstəqil Azərbaycanı tərəqqiyə qovuşduran, firavan gələcəyə aparan liderdir. Müstəqil Azərbaycanın möhtəşəm iqtisadi layihələrindən olan Bakı-Tbilisi-Qars dəmir yolu Azərbaycan üçün siyasi, iqtisadi və strateji baxımdan mühüm əhəmiyyət kəsb etməklə yanaşı bölgəyə və dünyaya yeni əməkdaşlıq münasibətləri də gətirir. Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin işə düşməsi Azərbaycanın dövlət müstəqilliyinin gücləndirilməsində, iqtisadi qüdrətinin artırılmasında yeni mühüm strateji amilə çevrilib və regionda sabitliyə, xalqlarımızın daha da yaxınlaşmasına və iqtisadi inkişafa böyük töhfədir. Bakı -Tbilisi-Qars dəmir yolu xətti regionların sosial-iqtisadi inkişaf proqramlarından irəli gələn vəzifələrin yerinə yetirilməsi, fermerlərə maliyyə və texniki dəstəyin göstərilməsi, sahibkarlığın inkişafı, regionlarda infrastruktur layihələrinin həyata keçirilməsi kənd təsərrüfatı və ərzaq məhsullarının istehsalına müsbət təsir edir. BTQ dəmir yolu layihəsinin reallaşması cənab Prezident İlham Əliyevin siyasi iradəsinin nəticəsidir.Bu layihənin baş tutması Azərbaycanın iqtisadi uğurlarından biridir.Bu yolla Azərbaycan həm öz yüklərinin daşınmasında, həm də tranzit ölkə kimi yükdaşımada mühüm nailiyyət əldə edəcək.
Sosial-siyasi islahatların davamlı olaraq həyata keçirilməsi, qanunvericilik bazasının zənginləşdirilməsi, vətəndaş cəmiyyəti və hüquqi dövlətin inkişafına maksimum əlverişli şəraitin yaradılması, möhkəm təməllərə söykənən ictimai-siyasi sabitliyin təmin olunması və digər nailiyyətlər müasir müstəqil Azərbaycanın gerçəkliklərini təşkil edir.
Prezident İlham Əliyevin ölkəmizdə iqtisadiyyatın davamlı inkişafını təmin etmək və əhalinin sosial rifahını yaxşılaşdırmaq barədə imzaladığı fərman və sərəncamları xalqa göstərilən dövlət qayğısının təzahürüdür. Bu cür layihələrin gerçəkləşməsi nəticəsində Dövlət büdcəsinə milyonlara pul vəsaiti daxil olacaqdır.
Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir