İqtisadiyyat

“WhatsApp” istifadəçilərinin NƏZƏRİNƏ: Bu YENİLİKDƏN MƏMNUN qalmayacaqsınız

5 May 2018 09:43

Dünyanın ən populyar messenceri olan “WhatsApp”da növbəti yenilik tətbiq olunacaq. Messencerdə reklamlar təqdim olunmağa başlanacaq. Bunu proqramçılar üçün keçirilən “Facebook F8” konfransında “Facebook”un vitse-prezidenti David Markus deyib. “Reklam mövzusunda bunu deyə bilərəm ki, “WhatsApp”ı reklamlar üçün açıq hala gətirəcəyik”, – deyə o, bildirib.