Regionların sosial-iqitsadi inkişaf proqramları Oğuzda kəndlərin inkişafına təkan verib
4 May 2018 16:38 İqtisadiyyatRegionların sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqramlarının qəbulu edilməsində məqsəd respublikanın ayrı-ayrı rayonlarının inkişafına nai olmaqdan ibarət idi. İlk növbədə, bölgələrin inkişafı əlbəttə ki, diqqət mərkəzində duran vəzifə idi. Bölgələrin inkişafı üçün infrastruktur layihələrinin icrası məsələləri qarşıda dayanmışdı. Eyni zamanda, sahibkarlığın inkişafı, dövlət dəstəyinin gücləndirilməsi və bütün bu məsələlərin bir-biri ilə əlaqəli şəkildə həll edilməsi dövlət proqramlarının əsas mahiyyətini təşkil edirdi. Yerli istehsalın artırılması, idxaldan asılılığın azaldılması, iş yerlərinin yaradılması və beləliklə, yoxsulluğun, işsizliyin aradan qaldırılması məsələləri də böyük əhəmiyyət kəsb edirdi. Yəni, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı, əslində, ölkəmizin uğurlu, dayanıqlı inkişafı, iqtisadiyyatımızın şaxələndirilməsi üçün ən vacib və ən əsas iqtisadi alətə çevrilmişdi. Sözügedən proqramlar çərçivəsində Oğuz rayonunda da çoxsaylı naliyyətlər əldə edilib. Oğuz Rayon İcra Hakimiyyətindən verilən məlumata görə, "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrası istiqamətində Oğuz rayonunda çoxsaylı işlər görülüb. Məlum olduğu kimi Prezident İlham Əliyevin 2014-cü il 27 fevral tarixli fərmanı ilə Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2014-2018-ci illər) qəbul edilmişdir. Qəbul ounmuş Dövlət Proqramına Oğuz rayonunun sosial-iqtisadi inkişafı ilə bağlı 13 maddə daxil edilmişdir. Sözügedən dövlət proqramının icrası məqsədilə rayonda bir sıra əməli tədbirlər həyata keçirilib. Belə ki, rayonda südlük və ətlik istiqamətli cins mal-qara yetişdirilməsi işləri davam etdirilir. Mal-qaranın süni mayalandırılması işi təşkil edilmiş, hesabat dövründə 305 baş buzov alınmışdır. Aqrolizinq ASC-nin Oğuz Aqroservis filialı kənd təsərrüfatı texnikası ilə təmin edilmişdir.
Dövlət proqramı çərçivəsində infrastruktur layihələrin icrası və təmir-bərpa işləri prioritet hesab edilib. Nəticədə yerli əhəmiyyətli avtomobil yollarının tikintisi, yenidən qurulması, əsaslı təmiri və körpülərin tikintisini davam etdirmək üçün 2018-ci ildə görüləcək işlərin tədbirlər planı hazırlanıb. Baş Daşağıl kənd, Oğuz-Xaldan yollarına qum-çınqıl döşənir, hər iki yolda işlər davam etdirilir. 2018-ci ildə Xaçmaz, Sincan, Dəymədağlı, Tərkeş kəndlərində tütün əkini ilə əlaqədar yeni suvarma arxları qazılmışdır. 2018-ci ilin I rübü Oğuz şəhərində abadlıq işləri ilə əlaqədar şəhərin 6 küçəsində səkilərdə 827 m³ qum-çinqıl qatının hazırlanması, 3615m beton səki daşlarının düzülməsi və 4136 m² sahədə tomet tavaların döşənməsi üzrə smeta sənədləri hazırlanmış və işlərə başlanılmışdır. Həmçinin şəhərin 10 küçəsində asfalt-beton örtüyün salınması üzrə smeta sənədləri hazırlanmış, tikinti işlərinə başlanılmışdır. Hesabat dövründə rayonda açılmış 49 yeni iş yerlərindən hamısı daimi olmuş, onlardan 2-i mövcud müəssisə və təşkilatlarda, 47-i fiziki şəxslərin fəaliyyəti nəticəsində yaradılmışdır. Regionların sosial-iqtisadi inkişafı dövlət proqramı çərçivəsində rayonda kənd təsərrüfatının inkişafına da xüsusi diqqət yetirilib. Belə ki, 2018-ci ilin I rübü ərzində barama qurdunun yetişdirilməsi üçün bir sıra işlər görülmüşdür. Cari ildə tərəfindən 8000 kq -a yaxın xam baramanın istehsalı nəzərdə tutulmuşdur. Rüb ərzində tütün əkininə görə 13785 manat subsidiya hesablanaraq vətəndaşların bank hesablarına köçürülmüşdür. Bu il 250 ha tütün əkini aparılması nəzərdə tutulur.
Sakinlərin sosial problemlərini həlli istiqamətində də vacib işlər görülüb. 2018-ci ilin üç ayı ərzində yerli gəlirlərə dair müəyyən olunmuş 568,9 min manat proqnoza qarşı büdcəyə 603,8 min manat vergi, rüsum və sair gəlir daxil olmuşdur ki, bu da proqnozun 106,1% icra olunması deməkdir. 2018-ci ilin birinci rübündə ƏƏSMN yanında Dövlət Sosial Müdafiə Fondu Oğuz rayon şöbəsi tərəfindən 5980 nəfər pensiyaçıya xidmət olunmuşdur. Onlardan da 3720 nəfəri yaşa görə, 1983 nəfəri əlilliyə görə, 277 nəfəri isə ailə başçısını itirməyə görə pensiya alanlardır. Rayon üzrə pensiya və müavinətlərin maliyyələşdirilməsi üçün hər ay orta hesabla 1,1 milyon manat vəsait tələb olunur. 2018-cı ilin I rübü ərzində sosial müavinət, təqaüd və kompensasiya alan cəmi 2175 nəfər olmuşdur ki, onlara da aylıq 178.1 min manat vəsait ödənilmişdir.
Onlara təyin olunmuş aylıq pensiyaların orta məbləği 181,3 manat təşkil etmişdir. Qeyd olunan dövr ərzində pensiyaların və müavinətlərin ödənilməsinə 3024,5 min manat vəsait xərclənmişdir ki, bunun da 2605,0 min manatı mərkəzləşmiş qaydada Fond tərəfindən ödənilmiş, 419,5 min manatı isə yerli yığım hesabına maliyyələşdirilmişdir. 2018-cı ilin I rübü ərzində Nazirlik yanında Fondun Oğuz rayon şöbəsi üzrə məcburi dövlət sosial sığorta haqları üzrə proqnoz 1,8 milyon manat müəyyənləşdirilmişdir ki, bunun da 1,7 milyon manatı büdcə təşkilatlarının, 124,0 min manatı isə qeyri-büdcə təşkilatlarının payına düşür. 2018-ci ilin I rübündə 782 nəfər Mərkəzə müraciət etmiş, onlardan 682 nəfəri işaxtaran və işsiz vətəndaş kimi qeydiyyata alınmışdır. Təqdim olunan həmin yerlərə Mərkəzdə qeydiyyatda olan 150 nəfər işaxtaran vətəndaş Mənzil istismarı və kommunal təsərrüfatı idarəsinə və 25 nəfər isə "Oğuz-tikinti " MMC-yə göndərilməklə işlə təmin edilmişlər. Oğuz TKQ I rübdə ərazində ümumilikdə 151,0 min manatlıq ümumi rabitə xidməti göstərilmişdir. Bu da əvvəlki ilin I rübü ilə müqayisədə 10.2 min manat çoxdur. Rayonda infrastruktur layihələrin reallaşdırılması çərçivəsində qazlaşdırma işi üstünlük təşkil edib. Belə ki, hazırda rayonun 73,5-% qazlaşdırılıb. Rayonun 9 yaşayış məntəqəsinin də qazlaşdırılması ilə bağlı aidiyyəti təşkilatlara müraciətlər olunub. Onu da qeyd edək ki, hazırda Oğuzun 12 kəndinin içməli su problemi var. Məsələnin həlli ilə bağlı Azərsu ASC-yə müraciət olunub. Oğuz " 61 saylı Yol İstismarı " MMC Oğuz rayonunun ərazisindən keçən 71 km uzunluğunda Respublika əhəmiyyətli avtomobil yollarına , 152 km uzunluğunda yerli əhəmiyyətli avtomobil yollarına, uzunluğu 1020 m olan 17 ədəd körpülərə, həmçinin su ötürücü borulara, yol nişanları və qurğularına xidmət edir. Ötən müddət ərzində xidmət ərazisində çala təmiri, çatların bitumlanması işləri, çiyinlərdə hamarlama işləri aparılmış, yolda piyada keçidlərində pozulmuş zebralar, körpü keçidlərində məhəccərlər rəngli boya ilə rənglənmiş, sıradan çıxmış yol nişanları dəyişdirilmiş, 900 ədəd beton siqnal dirəkləri müəssisəmizin öz gücü ilə betondan tökülərək, müvafiq yerlərə basdırılmışdır. Körpü keçidləri, avtobus dayanacaqları daim tozdan-palçıqdan təmizlənmişdir.
2018-ci ilin I rübü ərzində Oğuz Mənzil İstismar və Kommunal Təsərrüfatı idarəsi tərəfindən 25 idarə və təşkilatlarla, 200 sahibkarlıq və kommersiya obyektləri , 1090 fərdi təsərrüfat , ictimai yaşayış massivləri üzrə 350 olmaqla, cəmi 1640 sayda müqavilə bağlanmışdır. Bağlanmış müqavilələrə əsasən yığıma 94 % əməl olunub. Müəssisə 32 binaya xidmət göstərir və ümumi sahəsi 39033 m2-dır. Bu sahədə I rüb ərzində şəhər abadlığı üçün şəhərin parklarına, qoşa yol ərazisində otel yolunun sağ və sol kənarlarında yerləşən yaşıllıq sahələrində 3000 ədəd ağac tingi və 2000 ədəd gül kolu əkilmişdir. Oğuz Meşə Mühafizəsi və Bərpası Müəssisəsi tərəfindən 25 ha sahədə meşə əkini aparılıb, 30 ha əkin üçün torpaq hazırlığı görülüb, 0,5 ha tinglik üzrə əkin aparılıb. Məlum olduğu kimi Oğuz rayonu turizm bölgəsidir. Turizmin inkişafı sahəsində Oğuz rayonunda da mühüm işlər görülür. Bu sahədə sürətli inkişaf gedir və Oğuz şəhərində aparılan geniş quruculuq, abadlıq, yaşıllaşma işləri və prespektiv planda nəzərdə tutulan tədbirlərin reallaşması rayona gələn turistlərin sayının artırılmasına çox böyük təsir göstərməkdədir. Rayonda hazırda 20 turizm və ailəvi istirahət mərkəzləri fəaliyyət göstərir. Hər il yüzlərlə turist və qonaq bu mərkəzlərdə istirahət edir.
Regionların social-iqtisadi inkişafı dövlət proqramının icrasında Oğuz rayonunun bələdiyyələri də xüsusi fəallıq nümayiş etdiriblər. Belə ki, hesabat ilində rayonun 15 bələdiyyəsi şəhər və kənd bələdiyyələrinin Milli Assosiasiyaları ilə qarşılıqlı səmərəli fəaliyyətin qurulmasına nail olmuşdur. Azərbaycan Kənd İnvestisiya layihəsi Çərçivəsində Bayan kəndinin qəbiristanlığının ətraf hissəsi hasara alınmış, yeni su xətti çəkilmiş, abadlıq işləri aparılmışdır. Kənd daxili 10 km uzunluğunda olan yol yenidən təmiir olunmuş, 7-ədəd su keçidi, 2-ədəd dayanacaq quraşdırılmışdır. Bayan kəndində sahibkar tərəfindən tütünqurutma sexinin tikintisinə başlanılmışdır. Qumlaq Bələdiyyəsi tərəfindən Şirvanlı kənd uşaq bağçasında təmir işləri aparılmışdır. Padar kənd Bələdiyyəsi tərəfindən kəndin mərkəzi küçəsində 60 m uzunluğunda mişar daşından hasar çəkilmiş, abadlıq işləri aparılmışdır. Astraxanovka və Vladimirovka kəndlərində 25 km, Qarabulaq kəndində 5-km kənd daxili yola qum-çınqıl tökülərək təmir işləri aparılmışdır. 21-nəfər imkansız və şəhid ailələrinə maddi yardımlar edilmişdir. Oğuz-Bayan, Oğuz-Şəki, Calut yolunun kənarlarında, Oğuz şəhərinin müxtəlif yerlərində dekorativ ağaclar və gül kolları əkilmiş, qulluq göstərilmişdir. Onu da qeyd edək ki, Oğuz rayonunda yerli gəlirləri artırmaq üçün kifayət qədər iqtisadi potensial mövcuddur. Məhz bu məqsədlə azad sahibkarlığın, azad rəqabətin inkişafı şərait yaradılmasl istiqamətin iş aparılır. Rayonun sosial-iqtisadi inkişafı templəri müəyyən edilərərk yeni iş yerləri, yeni istehsal sahələri, ixracyönümlü istehsal sahələrinin yaradılması nəzərdə tutulur. Yeri gəlmişkən qeyd edək ki, rayonda kifayət qədər uzun müddət istifadəsiz qalan torpaq sahələri var. Həmin porpaqlardan səmərəli istifadə edilməsi məqsədilə stimullaşdırıcı tədbirlər həyata keçirilməsi planlaşdırılır. Ərzaq təhlükəsizliyi proqramının icrası ilə bağlı kənd təsərrüfatında məhsuldarlığın artırılması, subsidiyalarda şəffaflığın təmin edilməsi, daha böyük həcmdə kənd təsərrüfatı texnikalarının alınması, yeni fermer təsərrüfatlarının yaradılması qarşıda duran məsələlərdəndir. Xatırladaq ki, rayonda tütünçülük, üzümçülük, fındıqçılıq və baramaçılıq sektorunun, eləcə də turizmin inkişafı məqsədilə konkret təkliflər hazırlanmaqdadır.
Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir.