Rəqəmsal iqtisadiyyatın inkişafını ləngidən faktorlar hansılardır?

 

Korrupsiyaya qarşı aparılan mübarizədə çox qərarlıyıq və bu proses daha da ciddi şəkildə davam etdiriləcəkdir.

İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti

Cənab Prezident qeyd etmişdir:"Rəqəmsal iqtisadiyyat ölkəmizin davamlı inkişaf strategiyasının əsas prioritet məsələlərindəndir."

Artıq bir neçə ildir ki, dünyada baş verən texnoloji innovasiyaların iqtisadiyyatın müxtəlif sektorlarına nüfuz etməsi, dünya iqtisadiyyatının gələcək inkişafı, milli iqtisadiyyatların dayanıqlı və rəqabət qabiliyyətliliyi tamamilə yeni müzakirələri informasiya cəmiyyətinin gündəminə gətirmişdir.

Belə ki, dünya iqtisadiyyatının gələcək inkişafı ölkəmizdə da Rəqəmsal İqtisadiyyatın inkişafı istiqamətində qəbul olunmuş dövlət proqramları, fəaliyyət proqramları və yol xəritələrinə uyğun ciddi addımların atılmasını diqtə etmişdir. Həmçinin, dövlət rəhbərinin bu sahəyə diqqət və qaygısı ilə müasir tələb-təkliflər formalaşmış, ölkəmizin gələcəkdə daha da dayanıqlı, innovativ və rəqabətyönlü iqtisadi inkişafının təmin edilməsində ən ciddi alət kimi rəqəmsal transformasiyanın oynadığı rol aidiyyatı dövlət qurumlarının səlahiyyətlərinə aid edilmişdir.

Hazırda postpandemiya dövründə və bütün dünyada iqtisadi sferada yaşanan şok effektlər, inkişaf etmiş dünya ölkələrini yeni mühitə - rəqəmsal iqtisadiyyata inteqrasiya etmişdir. Belə bir dövrdə rəqəmsal texnologiyaların geniş tətbiqi, xüsusilə də iqtisadiyyatın rəqəmsallaşdırılması da aktual məsələ kimi başa düşüləndir. Məlumdur ki, dünyamız artıq yeni bir iqtisadi dövrə qədəm qoymuşdur. Müasir dövrdə internetin geniş yayılması iqtisadiyyatın yeni inkişaf mərhələsi olan rəqəmsal iqtisadiyata dərindən transformasiya etdirmiş, innovativ texnologiyalarla informasiya kommunikasiya sistemləri də bu sferaya dərindən nüfuz etmişdir.

Artıq iqtisadiyyatın özü də bir elm olaraq dəyişmiş və yeni anlayışlar, bilik iqtisadiyyatı, bio-iqtisadiyyat, davranış iqtisadiyyatı, rəqəmsal iqtisadiyat və kölgə iqtisadiyyatını gündəmə gətirmişdir.

Texnoloji inqilab son zamanlar yüksək sürətlə inkişaf edən yeni iqtisadi model - kiber biznesi inkişaf etdirmişdir. Kiberbiznes, yüksək innovativ texnologiyaların geniş tədbiqi ilə yaranan və idarə olunan iqtisadiyyatın bütün sahələrini əhatə etmişdir. Rəqəmsal İqtisadiyyat isə iqtisadiyyatın informasiya texnologiyalarının köməyi ilə yalnız elektronlaşan hissəsidir. Bu anlayışının üstündə elektron bank, elektron sığorta, elektron səhiyyə, elektron təhsil, sənaye, emal və s. xidmətləri ilə yanaşı, İKT avadanlıqlarının mühafizəsi, proqram təminatlarının hazırlanması, satışı və elektron əməliyyatlardan formalaşan bütün sahələri cəmləşmişdir.

Elektron ticarəti, elektron informasiya mübadiləsini, e-idman-mərç oyunlarını və elektron yarışlar (at yarışmaları, futbol, tennis, kriket və s.), on-line lotareya oyunları, elektron kazino, kapitalın elektron hərəkətini, elektron pulları və eləcə də dijital valyutaları, e-bankinqi, e-sığortanı və s. özündə birləşdirən rəqəmsal iqtisadiyyatın ən geniş yayılmış növlərindən biri olan və rəqəmsal iqtsadiyyatın özəyini təşkil edən internet ticarətdir.

Artıq rəqabət imkanlarının günü-gündən genişləndiyi və yeni innovativ texnologiyalara söykənən informasiya kommunikasiya sistemlərinin hər bir evə daxil olduğu, informasiya cəmiyyətinin yeni bir insan formalaşdırdığı ictimai-iqtsadi formasiya və sosiallaşma şəraitində biznesin, sahibkarlığın optimal şəkildə qurulması yeni idealar və güclü peşəkar komandanın yetişməsini diktə edir.

Belə bir şəraitdə sahibkarlıq fəaliyyəti, artıq vaxt sərf etmədən istədikləri məhsulları və xidmətləri əldə etmək üçün on-line və off-line olmaqla elektron ticarətin yaratdığı geniş imkanlardan istifadəni daha da təşviq etdi.

Gündəlik təlabat mallarından tutmuş, geyim və digər əşyaların alınması və eləcə də çeşidli elektron xidmətlərdən yararlanmaq, o cümlədən e-təhsil, e-əyləncə, e-səhiyyə vəs. e-xidmətlər növlərinin elektron sistemlər üzərindən əldə olunması rəqəmsal iqtisadiyyatı daha da aktuallaşdırmış oldu. Eyni zamanda, məhsul və xidmətlərin əldə olunması, çatdırılması, onların reklamı və geniş təbliğatına olan ehtiyaclar da sahibkarlığı stimullaşdırmış və eyni zamanda, elektron ticarətə də populyarlıq qazandırmışdır.

Belə ki, müasir dövrdə yeni çağın çağırışları ilə internet həyatımızın bir parçasına çevrilmiş və dünya əhalisinin təqribən 5 mlrd. civarında internet istifadəçisinin olması və onların istifadə etdikləri 9 mlrd.-dan çox innovasiyalı yüksək texnoloji qurğuların internetə qoşulması da buna bariz nümunədir.

İnternet yaranandan bəri dünyada internet xidməti göstərən 10-15 mindən çox provayder şirkətlərinin yaradılması, 500 mln.- dan çox domen adlarının qeydiyyata alınması və 4.9 mlrd.-dan çox sosial şəbəkə istifadəçilərinin olması dünya iqtisadiyyatının inkişafında onun rolunun əhəmiyyətini bir daha təsdiq edir.

İnternetin bu qədər inkişaf etməsi iqtisadi münasibətlər sistemində təzahür edən yeni hədəfləri, o cümlədən prioritet istiqamətləri də müəyyənləşdirdi.

Rəqəmsal transformasiyaya keçiddə rəqəmsal iqtisadiyyatın hazırki inkişaf mərhələsində, misal üçün, rəqəmsal valyutanın yaradılmasını xüsusilə qeyd etmək yerinə düşərdi. Bu valyutanın müsbət xarakteristikası inflyasiyanin qarşısının alınması, anonimliyin qorunması, heç bir dövlətə bağlı olmaması və dijital bazarda hər kəsə eyni dərəcədə açıq olması ilə əlaqədardı. Daha geniş yayılmış digər rəqəmsal valyuta növü olan bitcoinin dünya üzrə istifadəçilərinin artması nəticəsində 1 bitcionin dəyəri son 10 ildə 0.07- sentdən çox artaraq 1000 $-ı keçmişdir.

Qeyd olunanlar onu göstərir ki, ümumü iqtisadiyyatın modernləşməsində rəqəmsal iqtisadiyyatın rolu çox yüksəkdir və bu tendensiya artan xətlə inkişaf etdirilməlidir. Son 1 il ərzində elektron ticarətin dünya üzrə həcmi 4.8 trilyon dolları keçib.  Bu da onu göstərir ki, ümumü ticafət dövriyəsinin yarıdan çoxu, təqribən 70 faizə yaxın hissəsi əsasən ABŞ, Çin, Böyük Britaniya və Qərbi Avropa ölkələrinin payına düşür.

Dünyada ən iri rəqəmsal şirkətlərin qeydiyyatda olduğu ölkələrin ümumü daxilolmalarında onun nə qədər mühüm rol oynadığını həmin şirkətlər tərəfindən ödənilmiş vergilərin məbləğindən də görmək olar. Vergi ödəyicisi olaraq son bir il ərzində "Apple" şirkəti 13.1, "Google" şirkəti 2.3, "Facebook/Metaverse" şirkəti  2.2 mlrd ABŞ dolları, "EBAY " şirkəti isə 900 mln. ABŞ dolları vergi ödəyib.

Son dövrlərdə, Azərbaycanda da internet şəbəkəsi üzərindən həyata keçirilən elektron ticarət sövdələşmələrinin sayı artmaqda olub gələcəkdə də bu tendensiyanın yüksəlməsi gözləniləndır. Lakin, elektron ticarət əməliyyatlarının virtual aləmdə həyata keçirilməsi həmin əməlyyatların vergiyə cəlb edilməsini çətinləşdirmişdir. Bütün bunlar da öz növbəsində elektron və internet ticarətinin göstərilməsi və əldə olunan gəlirlər, dövlət büdcəsinə hesablanmalı və ödənməli olduğu halda, ödənilməyən böyük məbləğlər gizli iqtisadiyyatın dərinləşməsinə xidmət edir. Məhz bu itkilərin aradan qaldırılması məqsədilə Azərbaycan Resublikası Prezitenti cənab İlham Əliyev uzaqgörənliklə hələ 4 avqust, 2016-cı il tarixli sərənamı ilə bu istiqmətdə şəffaflığın daha da artırılmasına dair sərəncam imzalamış, beynəlxalq təcrübəyə uyğun rəqəmsal iqtisadiyyatın vergiyə cəlb ediməsi ilə bağlı aidiyyatı üzrə tapşırıqlar vermişdi.

Ölkəmizdə fəaliyyət göstərən internet portalları və onların yaradılması və onların fəaliyyətinə bilavasitə nəzarət edən aidiyyatı dövlət qurumları ilə birgə, virtual məkanda elektron ticarətlə məşğul olan hüquqi və fiziki şəxslərin müəyyənləşdirilməsi, uçota alınaraq yeni potensial imkanlar kimi diqqətə alınması əsas vəzifə olaraq qarşıya qoyulmuşdur. Bütün bunlar ölkəmizdə həm postpandemiya və postneft dövrünə, həm də yeni situasiyalara adekvat hazırlıq fonunda virtual reallıqların dərk olunması ilə yeni imkanların araşdırılaraq ortaya çıxarılması və büdcəyə yeni gəlirlər şəkilində yeni dividentlər qazandırılması mövcud potensialların dəyərləndiriməsi baxımından aidiyyatı dövlət strukturları qarşısında dövlət maraqlarına uyğun məsuliyyətli tapşırıqların qoyulmasını qaçılmaz etmişdir. Bu sahədə rəqəmsal texnologiyalar üzrə fəaliyyət ğöstərən potensial şirkətlərə ədalətli rəqabət mühiti yaradılmalı və onlarla yaxından səmərəli əməkdaşlıq stimullaşdırılmalı olduğu halda, onların fəaliyyəti yuxarıda qeyd olunan səbəblərdən daha da qeyri rasional durumdadır. Məhz bu səbəblərdən, ölkə başçısının rəqəmsal transformasiyaya keçidlə bağlı aktual çağırışları və qayğıları peşəkar mütəxəssis prizmasınndan başa düşüləndir.

Odur ki, müvafiq seqmentdə vaxtında dövlətin adekvat addımlarının atılması strateji məsələlərdəndir. Burada, ilkin olaraq, beynəlxalq təcrübələrə uyğun elektron ticarətin dövlət qeydiyyatı və uçotunun təşkil olunmasında müvafiq dövlət qurumlarının fəaliyyəti peşəkarlıqla kordinasiya olunmalı və nəticədə gecikmədən bu sahədən dövlət büdcəsinə gözlənilən böyük miqdarda ödənişlər proqnozlaşdırılmalıdır.

Ümummilli Lider Heydər Əliyevin uzaqgörənliklə vaxtında qeyd etdiyi kimi: "İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir."

Əflatun MƏMMƏDOV,
Müdafiə Sənayesi Nazirliyinin Elmi-Tədqiqat İnstitutunun l müavini,
İnternet və Yüksək Texnologiyalar üzrə ekspert

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31