Gələn ilin büdcə zərfi göstərir ki, neftdən asıllıq qalmaqdadır
11 Noyabr 2021 12:39 İqtisadiyyatVüqar Bayramov: "Büdcə kəsirinin qeyri-neft gəlirlərində payı yüksək olaraq qalır"
Ölkə parlamentində 2022-ci ilin dövlət büdcəsi zərfinin müzakirəsi davam etdirilir. Maliyyə Nazirliyinin yaydığı məlumata görə, mütərəqqi beynəlxalq praktika nəzərə alınmaqla hazırlanan sənəd 2022-ci ilə və ortamüddətli dövrə dair makroiqtisadi proqnozları, büdcə-vergi siyasətinin əsas istiqamətlərini, dövlət büdcəsinin prioritet gəlir və xərclərini, habelə dövlət borcuna dair əsas məlumatları özündə əks etdirir. Belə ki, 2022-ci ildə dövlət büdcəsinin gəlirlərinin 26 milyard 407 milyon manat, xərclərinin 28 milyard 974 milyon manat, kəsirin 2 milyard 567 milyon manat olacağı proqnozlaşdırılır. Açıqlamada qeyd edilib ki, 2022-ci ildə dövlət büdcəsinin gəlirləri 26 milyard 407 milyon manat məbləğində proqnozlaşdırılır ki, bu da ÜDM-in 32,5 faizini təşkil edəcəkdir. Gəlirlərin proqnozlaşdırılan həcmi 2021-ci ilin təsdiq edilmiş göstəricisinə nəzərən 3,8 faiz çoxdur. Buna baxmayaraq bəzi ekspertlər hesab edirlər ki, gələn ilin dövlət büdcəsinin həcmi Azərbaycanın müstəqillik tarixinin ən böyük büdcəsi olmasına baxmayaraq bir sıra sahələrə ayrılan vəsaitin həcmi qənaətbəxş deyil. Büdcədə əksini tapçış müddəalar isə bir sıra suallar doğöurur. Millət vəkili Vüqar Bayramov qeyd edib ki, gələn il elm xərclərinin dövlət büdcəsinin xərclərində payı 0.7 faiz, ÜDM-də isə xüsusi çəkisi cəmi 0.2 faiz proqnozlaşdırılır. 2021-ci il müqayisədə 10.6 faiz artsa da belə elm xərcləri makro-iqtisadi göstəricilərdə marjinal paya malikdir. Qeyd edək ki, elm xərclərinin ÜDM-də payı Rusiyada 1.0, Türkiyədə 1.1 faiz, dünya üzrə ortalama 2.2 faizdir. Belə olan halda, elmə ayrılan vəsaitlərin məbləğinin az olması nə ilə əlaqələndirilir: "2022-ci il büdcə zərfi göstərir ki, neftdən asıllıq qalmaqdadır. Neftin bir barelinin 30 dollara düşərsə icmal büdcə 5.8 milyard manat azalması göstərirlir. Bu 1 barel neftin yaratdığı valyuta gəlirləri əsasında hesablamadır, yoxsa neft pullarının multi effektləri nəzərə alınaraq dəyərləndirmə aparılıb? Güzəştlərin büdcəyə təsirləri 5 milyard 20 milyon manat olaraq qiymətləndirilir. İtkinin qiymətləndirmə metodologiyası da aydın deyil. Bu güzəştlrərin yaratdığı əlavə dəyər və səmərəliliyi qiymətləndirilibmi?" Millət vəkili qeyd edib ki, gələn il ÜDM-də artım 3.9 % , infilyasiya səviyyəsi 4.0 % proqnozlaşdırılır. 26 milyard 816 milyon manat proqnozlaşdırılan gəlirlər isə cari ilin gözlənilən icra göstəricisi ilə müqayisədə 0.6 % azdır. 2022-ci ilin fiskal siyasəti hazırlanan zaman makro-iqtisadi dəyişikliklər ilə reqresiv əlaqləndirilməsi həyata keçirilirmi? Əsas maliyyə sənədin digər makro-iqtisadi proqnozlar ilə daha sıx korelasiyada hazırlanması olduqca vacibdir: "Büdcə kəsirinin qeyri-neft gəlirlərində payı yüksək olaraq qalmaqdadır. 3 milyard 63 milyon manatlıq büdcə kəsiri 12 milyard 126 milyon manatlıq qeyri-neft gəlirlərimizin ¼-dən çoxunu təşkil edir. Bu büdcə gəlirlərinin dayanıqlığı baxımdan hər hansı risk yaradırmı? Gələn il üçün proqnozlaşdırılan büdcə kəsirinin infliyasiya yaradıcı effektləri nəzərə alınıbmı? Ümumiyyətlə növbəti il yeni sosial paketin icrasını da nəzərə alsaq fiskal siyasəti infilyasiya tənzimləyici effektləri nəzərə alınıbmı? Bu il üçün dövlət büdcəsi kəsirinin yuxarı həddi 3 milyard 116 milyon manat məbləğində təsdiq edilsə də gerdi qalan ayların nəticəsi göstərir ki, büdcə icrasında profsit var. Proqnozlar ilə icras arasında belə böyük fərqin səbəbi nədir? Bu tendensiya müsbət olsa da belə kəskin fərqlər proqnozlaşdırma metodologiyasının təkmilləşdirilməsi zərurəti yaratmırmı?" Onun bildirdiyinə görə, cari illə müqayisədə Dövlət Neft Fondu 2022-ci ildə 6.6 % çox, yəni 14 milyard 106 milyon manatı büdcəyə transfer edəcək. Büdcə qaydalarına keçidin prioritet olduğunu nəzərə alsaq bu artımların səmərəliliyi nə ilə əlaqələndirilir? Bəz xərclər tam icra olunmur. Ümumiyyətlə, xərclərin səmərəliliyini ölçən meyarlardan istifadə edilirmi? Keçid infrastruktur layihələrinin həcmi 20 milyard manatdan çox qiymətləndirilir. Növbəti illərdə keçid layihələrə tələb 7 milyard manat ətrafında formalaşa bilər. Bu isə infrastruktur üçün nəzərdə tutulan ümumi vəsaitə bərabər ola bilər. Bu maliyyələşmə metodu ilə bağlı hansı tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur? Gələn il ehtiyac meyarı və yaşayış minimumunun artırılması müsbət haldır. Bununla yanaşı, ünvanlı sosial yardım proqramında ehtiyac meyarından istifadə olunması anlaşılan deyil. Ehtiyac meyarının ləğv edilib yalnız yaşayış minimumdan istifadə edilməsi daha məqsədəuyğundur. Əsassız pensiya və təqaüdlərin ləğvindən dövlət büdcəsinə 600 milyon manat miqdarında qənaət edildiyi bildirildi. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əsas funksiyası vəsaitə qəanət etmək olmamalıdır. Nazirlik pensiya və təqaüdlərin ləğv edilən vətəndaşların digər sosial proqramlara cəlb edilməsi istiqamətində hansı işlər görüb. Statistika varmı ki, əlilliyi və müavinəti ləğv edilən vətəndaşlardan neçəsi sosial təminatla əhatə olunub kimi suallara aydınlıq gətirilməlidir".
Alim