Qərb blokunda fikir ayrılığı dərinləşir: Avropa müstəqil addım ata bilər?- ÖZƏL

Finlandiya Prezidenti Alexander Stubb bildirib ki, Avropa ölkələrinin Rusiya ilə birbaşa dialoqa başlamasının vaxtı çatıb. O, "Corriere della Sera"ya müsahibəsində qeyd edib ki, ABŞ siyasəti Avropanın maraqlarına uyğun olmazsa, Avropa özü təşəbbüs göstərməlidir. Stubb vurğulayıb ki, mümkün addımlar "Böyük beşlik", Skandinaviya və Baltikyanı ölkələrlə koordinasiyalı şəkildə razılaşdırılmalıdır.
Stubbin bu açıqlaması Avropanın Ukrayna siyasətində dönüş siqnalıdır? Avropa Rusiyayla dialoqa ABŞ-dən müstəqil başlaya bilərmi? Rusiya ilə mümkün danışıqlarda əsas məqsəd nə ola bilər?Mövzu ilə bağlı politoloq Tural İrfan Olaylar.az-a açıqlama verib:
" Yorucu Ukrayna müharibəsi artıq Avropanın da marağında deyil. Eyni zamanda ABŞ prezidenti Donald Trampın da Rusiyaya səfərinin mümkünlüyü ilə bağlı müzakirələr gedir. Risiya tərəfinin arzusu ilə bu da gerçəkləşə bilər. Avropa ilə ABŞ rəqabət halında olsalar da belə Ukrayna və Rusiya arasındakı müharibənin taleyini ortaq bölüşməyə məcburdurlar. Avropanın siyasəti ilə ABŞ siyasəti arasındakı uyğunsuzluq Vaşinqtonun İrana qarşı planlarında da özünü göstərir. Belə ki, İrana müdaxilə məsələsində Avropa ABŞ-ı İraqa müdaxilədəki kimi birmənalı dəstəkləmədi. Odur ki, ABŞ və Avropa arasında koordinasiyanın olması zərurəti meydana çıxır. Təbii ki, əgər bu baş verməsə Avropa müstəqil şəkildə Rusiya ilə dialoqa girişə bilər. Bu müharibədən doğan üstünlükləri öz xeyirləri üçün istifadə etməkdə Avropa və ABŞ yarışır. Bu məsələdə seçim Rusiya tərəfin ola bilər. Belə ki, ABŞ liderini dəfələrlə ölkəyə dəvət etməkdə məqsəd Ukraynanın taleyini Avropa ilə deyil, məhz Vaşinqtonla razılaşdırmağa meylli görünürlər. Avropanın Rusiya ilə danışıqları ilə problemin həlli ilə bağlı olsa da əslində ABŞ-nın roluna zərbə vurmaq niyyəti güdür. Hər halda Avropa və ABŞ arasındakı ziddiyyətlərdə qazanan Rusiya, itirən isə Ukraynadır".

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31