"Solovyovun iddiaları informasiya manipulyasiyası və siyasi təzyiq cəhdidir" - ÖZƏL
17:53 SiyasətRusiyalı teleaparıcı Vladimir Solovyov "Rossiya 1" kanalının efirində növbəti dəfə Azərbaycana qarşı hörmətsizlik nümayiş etdirərək, Gəncəsər məbədi üzərindən tarixi faktları təhrif etməyə cəhd göstərib. O, Qarabağın qədim Alban irsi olan bu abidəsini "erməni məbədi" kimi təqdim etməklə Azərbaycanın suverenliyini və tarixi irsini hədəf alıb. Lakin tarixi sənədlər Gəncəsərin Qafqaz Albaniyasının mənəvi mərkəzi olduğunu, onun əsas kitabələrində Alban kilsəsi və Xaçın Atabəyi Həsən-Cəlalın adının qeyd edildiyini sübut edir. Solovyovun bu çıxışı regional reallıqları qəbul etməmək və siyasi spekulyasiyalarla tarixi saxtalaşdırmaq cəhdi kimi qiymətləndirilir.
Rusiya dövlət kanalında Azərbaycana qarşı mütəmadi xarakter alan bu cür təxribatçı çıxışların arxasında hansı siyasi dairələrin maraqları dayanır? Bu cür media manipulyasiyaları Cənubi Qafqazda formalaşmış yeni geosiyasi reallığa nə dərəcədə mane olur?
Mövzu ilə bağlı politoloq Elşən Manafov Olaylar.az-a açıqlama verib:
" Azərbaycanın regional və qlobal təhlükəsizlik problemlərinin həllinə münasibəti bir qayda olaraq özünün milli təhlükəsizlik maraqları, habelə beynəlxalq hüquqa söykənir, regionun təhlükəsizlik arxitekturasının cızılması rəsmi Bakıya görə beynəlxalq hüquq və geosiyasi reallıqlara nəzərən məqbuldur və belə bir təmkinli mövqe, hərtərəfli düşünülmüş siyasət heç şübhəsiz ki, Kremli təmin edir. Azərbaycanın bölgə ətrafında dəhlizlərdən istifadə ilə bağlı mövqeyində də Kremli narahat edəcək amillər yoxdur. Ermənistan ətrafında nəqliyyat blokadasının götürülməsi Ermənistanla birbaşa dəmir yollarının da istifadəsinə şərait yaratmaqla Rusiyanın Ermənistanla ticari iqtisadi sövdələşmələrin həcminin genişlənməsinə səbəb olmaqla Rusiyanın Ermənistanda parlament seçkiləri ərəfəsində erməni seçicilərinin mövqeyinə təsir imkanı əhəmiyyətli şəkildə artırmışdır, hazırda Azərbaycanın dəmir yolları vasitəsilə Rusiya bu ölkəyə taxılını və neftini daşıyır.
Bundan əlavə Azərbaycan geniş loqistik imkanlara malik ölkədir. ABŞ-ın İrana qarşı başladığı müharibə şəraitində Azərbaycan Rusiya və Çin üçün İranın təchizatı ilə bağlı olaylarda Xəzər dənizi vasitəsilə keçidi təmin edən ölkə olaraq xüsusi əhəmiyyət kəsb edən bir bölgədir və əlbəttə İrana dəstək vermək istəyən dövlətlər üçün Azərbaycan əvəzsiz bir məmləkətdir.
Bütün bunların konteksində Azərbaycanın rəsmi Moskva ilə münasibətləri qarşılıqlı etimad və marağa söykənir, Solovyov kimi aparıcılar da Kremlə yaxın siyasi analitiklər bunların mahiyyətinə varmamış deyillər, o da bəllidir ki, Solivyov Rusiyadaki erməni disaporası ilə sıx əlaqələrə malikdir və şübhəsiz ki, diasporanın lobbiçilik fəaliyyətindən bəhrələnir. Diaspora isə Azərbayanla yekun sülh müqaviləsinin imzalanması ərəfəsində Azərbaycanın Ermənistanla münasibətlərində problem yaratmağa köklənib, Solovyovun missiyası "stəkanda fırtına" yaratmağa hesablanıb".
Zeynəb Mustafazadə