Möminə Xatun türbəsinin ətrafında “Yeləni” kəlağayı kolleksiyası təqdim olunacaq
15:36 SosialNaxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə Möminə Xatun türbəsinin tarixi ornamentləri və simvolikası əsasında xüsusi hazırlanmış "Yeləni" kəlağayı kolleksiyası ilk dəfə mayın 26-da saat 11:00-da məhz Möminə Xatun türbəsinin ətrafında təqdim olunacaq.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Naxçıvanın tarixi abidələrinə ithaf olunan bu kolleksiya "Yeləni" kəlağayılarının daha əvvəl həyata keçirdiyi Turan, Qarabağ və digər mövzulara həsr olunmuş layihələr silsiləsinin davamıdır.
Layihə milli geyimlərimizin və ənənəvi sənət nümunələrimizin təbliği ilə yanaşı, Naxçıvanın qədim mədəni irsinin daha geniş auditoriyaya çatdırılmasına xidmət edir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31