Kredit borcları dondurula bilər?
9 Aprel 2020 14:36 İqtisadiyyatElman Rüstəmov: "Bununla bağlı müzakirələr aparılır"
Milli Məclisin bugünkü iclasında hökumətin Elman Rüstəmovun Mərkəzi Bankın İdarə heyətinin üzvü təyin edilməsi məsələsi müzakirə edilərkən istehlak kreditlərinə də toxunulub. "Olaylar" xəbər verir ki, deputat Aydın Mirzəzadə karantin dövründə kredit borclarının dondurulmasını təklif edib. E.Rüstəmov deyib ki, bununla bağlı müzakirələr aparılır: "Bu istiqamətlə hazırda işlər gedir. Yaxın günlərdə ictimaiyyətə açıqlanacaq".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31