Dövlət Proqramları regionlarda işsizlik probleminin aradan qaldırılmasına yol açıb
Regionların sosial-iqtisadi inkişafı yeni bir mərhələyə qədəm qoyub. Söhbət “Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın təsdiq edilməsi barədə Prezident İlham Əliyevin imzaladığı fərmandan gedir. Məlumat üçün qeyd edək ki, dövlət başçısı sayca dördüncü olacaq Dövlət Proqramının qəbul ediləcəyinin anonsunu hələ bir müddət əvvəl vermişdi. Nazirlər Kabinetinin 2018-ci ilin 9 ayının sosial-iqtisadi inkişafı və qarşıda duran vəzifələrə dair iclasında çıxışı zamanı Prezident İlham Əliyev bildirmişdi ki, tezliklə “Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” qəbul ediləcək. Və gözlənildiyi kimi çox keçmədən sözügedən Dövlət Proqramının təsdiq edilməsi barədə Prezident İlham Əliyev müvafiq fərman imzaladı.
4 Fevral 2019 17:30 İqtisadiyyatRegionların sosial-iqtisadi inkişafı yeni bir mərhələyə qədəm qoyub. Söhbət "Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın təsdiq edilməsi barədə Prezident İlham Əliyevin imzaladığı fərmandan gedir. Məlumat üçün qeyd edək ki, dövlət başçısı sayca dördüncü olacaq Dövlət Proqramının qəbul ediləcəyinin anonsunu hələ bir müddət əvvəl vermişdi. Nazirlər Kabinetinin 2018-ci ilin 9 ayının sosial-iqtisadi inkişafı və qarşıda duran vəzifələrə dair iclasında çıxışı zamanı Prezident İlham Əliyev bildirmişdi ki, tezliklə "Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" qəbul ediləcək. Və gözlənildiyi kimi çox keçmədən sözügedən Dövlət Proqramının təsdiq edilməsi barədə Prezident İlham Əliyev müvafiq fərman imzaladı.
Qeyd edək ki. "Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın qəbul edilməsini şərtləndirən bir sıra amillər vardı ki, bunların sırasında ən əsası bundan əvvəl qəbul edilən 3 Dövlət Proqramının uğurla icra edilməsi dayanırdı. Məlum olduğu kimi 2004-cü ildən etibarən Azərbaycanda Regionların sosial-iqtisadi inkişafına dair 3 Dövlət Proqramı qəbul edilib. Və hər üç Dövlət Proqramı da uğurla icra edilib. Elə bir neçə gün əvvəl "Azərbaycan Respublikasının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nın icrasının yekunlarına dair iclasda çıxışı zamanı Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev də bildirdi ki, bundan əvvəlki iki Dövlət Proqramı kimi 2014-2018-ci illəri əhatə edən üçüncü Dövlət Proqramı da uğurla icra edilib. Proqramın icra edildiyi 2014-2018-ci illlər ərzində görülən işlər və əldə edilən nəticələr belə deməyə əsas verir.
Burada bir məqama xüsusi qeyd etmək lazımdır ki, Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramları bölgələrdə uğurlu nəticələrə yol açıb. Respublikanın hər bir bölgəsində olduğu kimi Tovuz rayonunda da Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramları uğurla icra edilib.
Belə ki, Dövlət Proqramının üçüncü mərhələsində, daha doğrusu proqramın icrasının sonuncu ilində Tovuz şəhərinin M.F.Axundov, M.Əliyev, M.Məmmədov, E.Quliyev və Z.Əliyeva küçələri asfaltlanıb, M.Ə.Rəsulzadə, Y.Sadıqov küçələrində 2 mərtəbəli binalar təmir olunub. Heydər Əliyev prospektində, Vaqif, M.Ə.Rəsulzadə və Y.Sadıqov küçələrində piyada səkilərinə 4500 kv.m tomet tavalar döşənib, 3800 metr uzunluqda beton bort daşlar düzülüb və şəhərin digər küçələrində ümumilikdə çox sayda işıq dirəkləri dəyişdirilib, işıqlanma şarları yenisi ilə əvəz olunub. İstirahət parklarında təmir-tikinti işləri aparılıb, yaşıllaşma işləri görülüb.
Tovuz şəhərində Tarix Diyarşünaslıq muzeyinin, Dövlət Bayraq Muzeyinin, Aşıq Sənəti Dövlət Muzeyinin, Nizami adına mədəniyyət sarayının, ASAN xidmət mərkəzinin tikintisi işləri uğurla davam etdirilib. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Tovuz şəhərinin içməli su təchizatının yaxşılaşdırılması layihəsi həyata keçirilir.
Dövlət Proqramının icrası müddətində Tovuz şəhərində əhalinin elektrik, təbii qaz, içməli su və rabitə xidmətləri ilə təminatı da yaxşılaşdırılıb. İçməli su təchizatının yaxşılaşdırılması, şəhərin təmizlik məsələsi, "Avaztəpə" adlanan ərazidə işıq dirəklərinin yenilənməsi, veteranlar üçün istirahət mərkəzinin yaradılması, yeni marşurut xəttinin açılması, E. Məmmədov adına Tovuz şəhər tam orta məktəbin həyətində idman meydançasının tikilməsi, Tovuz şəhər parkında əlavə oturacaqların yerləşdirilməsi, şəhərinin küçələrinin asfaltlanmasının davam etdirilməsi da yaxın vaxtlarda görüləcək işlər sırasındadır.
Azərbaycanın regionlarının inkişafı Prezident İlham Əliyevin adı və titanik fəaliyyəti ilə bağlıdır. Ölkəmizdə reqionların inkişafı ilə bağlı üç Dövlət Proqramı müvəffəqiyyətlə icra olunub. Yanvar ayının 29-da "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının yekunlarına həsr olunan konfransda cənab Prezident ölkədə son 15 ildə aparılan geniş miqyaslı quruculuq işlərini təhlil etmiş, növbəti 5 il üçün yeni Dövlət Proqramının təsdiq olunması barədə Fərman imzalayıb. Təbii ki, Proqramda bütün rayonlarla yanaşı Tovuz rayonunun da inkişafı ilə bağlı tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Proqramın xüsusi bir özəlliyi də ondan ibarətdir ki, ən ucqar kəndlər də bundan faydalanacaqdır.
Dövlət Proqramının üçüncü mərhələsi çərçivəsində rayonda tikinti-abadlıq və quruculuq işləri sürətlə davam etdirilib. Əsrik Cırdaxan-Kirən-Baqqallı avtomobil yolu çəkilib, Tovuz və Qovlar şəhərlərində küçələr abadlaşdırılıb, 5 kənddə içməli su layihəsi icra olunub, Tovuz şəhərinin yeni içməli su təchizatı layihəsinin icrası başa çatmaq üzrədir.
Ağbulaq kənd orta məktəbinin yeni binası istifadəyə verilib. 6 kənddə modul tipli məktəblərin quraşdırılması işləri davam etdirilir. Alakol kəndində 624 şagird yerlik yeni məktəb binasının, Qovlar şəhərində 100 yerlik körpələr evi-uşaq bağçasının tikintisi aparılır.
Tovuz şəhərində "Tarix Diyarşunaslıq Muzeyi" və "Bayraq Muzeyi"nin tikintisində işlər əsasən başa çatıb. Region əhalisinə xidmət göstərəcək "ASAN xidmət" mərkəzinin tikintisində işlər sürətlə davam etdirilir. Tovuz Aqroparkının tikintisi başa çatmaq üzrədir. Rayonda Xalçaçılıq müəsissəsi fəaliyyətə başlamışdır. Hunanlar və Əhmədabad kəndlərinə təbii qaz verilib. Rayonda qeyri-neft sektorunun inkişafı sahəsində uğurlu nəticələrə nail olunub. Kənd təsərrüfatının əsas göstəriciləri üzrə irəliləyişlər əldə edilib. Bütövlükdə rayon iqtisadiyyatına 60 milyon manatdan çox özəl sərmayə qoyulub. 2019-cu ildə də rayonunun sürətli sosial-iqtisadi inkişafı və insanlarımızın rifahı naminə həyata keçirilən tədbirlər davam etdiriləcək.
Qeyd edək ki, əvvəlki Dövlət Proqramları çərçivəsində Əhalini fasiləsiz olaraq elektrik enerjisi ilə təmin etmək üçün rayon ərazisində 14 ədəd yarımstansiya, 1278 KTM və TM fəaliyyət göstərir. 30 KTM və TM-də kabelləşmə işləri aparılıb.
Rayonun 36 yaşayış məntəqəsində 27380 abonent qazla təmin olunub. Son illərdə həyata keçirilən tədbirlərin nəticəsində 641 abonentin mənzilinə qaz sayqacları quraşdırılaraq təbii qazla təmin edilib. Rayonun müxtəlif istiqamətlərində 58150 pm müxtəlif diametrli metal, 5982 pm polietilen qaz xətti çəkilmişdir. Dövlət Proqramı çərçivəsində dağ kəndlərinin qazlaşması işləri aparılır.
Rayonun su təchizatının yaxşılaşdırılması istiqamətində müvafiq tədbirlər həyata keçirilir. Cari ilin ötən dövrü ərzində rayon ərazisində su tutumu 2500 kubmetr olan iki ədəd su anbarı tikilmiş, 106.5 km (71.5 km ana xətt + 35.0 km evlərə qoşulma) su xətti çəkilib. Hazırda Tovuz şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi üzrə işlər müvəffəqiyyətlə davam etdirilir.
Rayon ərazisində 365 km yol şəbəkəsi vardır ki, onlardan 37 km-i respublika əhəmiyyətli, 328 km-i isə yerli əhəmiyyətli yollardır.
Azərbaycan Respublikası Prezidentinin 19 fevral 2016-cı il tarixli Sərəncamına əsasən Qovlar - Əyyublu - Alakol - İbrahimhacılı - Yanıqlı - Ağacqala -Qoçdərə -Çobansığnaq - Yoğunbulaq - Sarıtala avtomobil yolunun əsaslı təmirinə başlanılmış və hazırda işlər davam etdirilir. Yerli yollarda cari təmir işləri aparılıb.
Rayon ərazisindən keçən Bakı-Qazax avtomagistralının və Bakı-Tiblisi dəmir yolu xəttinin 28 km-i Tovuz rayonunun ərazisinə düşür.
Hazırda Tovuz Telekommunikasiya qovşağı üzrə EATS-in ümumi tutumu 16452, əhalinin istifadəsində olan nömrələrin sayı 15828 ədədə çatıb. EATS-lərdə ümumi tutumu 2084 port olan genişzolaqlı internet xidməti (ADSL) quraşdırılaraq rayon üzrə ADSL istifadəçilərinin sayı 1361 nəfərə çatdırılmışdır. Bu istiqamətdə işlər davam etdirilir.
Məlumat üçün qeyd edək ki, Tovuz rayonu 1930-cu ilin avqust ayının 8-də təşkil olunub. Rayon ölkədə ən iri kənd təsərrüfatı rayonlarından biri olmaqla ərazisi 1942 kv.km, 01.01.2017-ci il tarixə əhalisi 172.4 min nəfərdir. Məşğul əhalinin əsas hissəsi kənd təsərrüfatında, rayonda fəaliyyət göstərən idarə və müəssisələrdə, özəl sektorda və xidmət sahələrində çalışır. Tovuz rayonunda 2 şəhər (Tovuz və Qovlar şəhərləri) və 102 kənd vardır. Rayonda 43 inzibati ərazi dairəsi, 41 bələdiyyə mövcuddur.
Rayon ərazisində 229 idarə və müəssisə, 8 bank filialı, 2 rabitə müəssisəsi, 4 mehmanxana fəaliyyət göstərir. 01.01.2017-ci ilə məşğul əhalinin sayı 82872 nəfər, o cümlədən onların 53187 nəfəri kənd təsərrüfatında, 7467 nəfəri təhsil və mədəniyyət müəssisələrində, 5946 nəfəri ticarət və içtimai iaşədə, 5810 nəfəri tikintidə, 3391 nəfəri nəqliyyat və rabitədə, 2304 nəfəri səhiyyədə və sosial təminatda, 923 nəfəri idarəetmə orqanlarında, 1162 nəfəri mənzil-kommunal təsərrüfatı və əhaliyə məişət xidmətində, 1593 nəfəri sənayedə, 1089 nəfəri digər sahələrdə çalışır.
Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir