Vergi islahatları əhaliyə və sahibkarlara nə vəd edir?

Vergi Məcəlləsinə hansı vacib dəyişiklik təklif olunur? Zamanın iqtisadi gerçəkliklərinə hər zaman çevik münasibəti ilə fərqlənən ölkəmizdə son illər həyata keçirilən qabaqlayıcı iqtisadi-sosial siyasət nəticəsində belə qlobal böhranların fəsadları minimallaşdırılıb. Neft gəlirlərinin ölkənin qeyri-neft sektorunda alternativ gəlir mənbələrinin yaranmasına yönəldilməsi istiqamətində aparılan işlər, bu sahəyə xarici investisiyaların cəlb edilməsi, işgüzar mühitin və biznesin fəaliyyəti üçün yaradılan şərait Azərbaycanın müxtəlif böhranların uzunmüddətli təsirlərinə qarşı dayanıqlı iqtisadi bazasının formalaşmasına imkan verib.

Vergi Məcəlləsinə hansı vacib dəyişiklik təklif olunur?

Zamanın iqtisadi gerçəkliklərinə hər zaman çevik münasibəti ilə fərqlənən ölkəmizdə son illər həyata keçirilən qabaqlayıcı iqtisadi-sosial siyasət nəticəsində belə qlobal böhranların fəsadları minimallaşdırılıb. Neft gəlirlərinin ölkənin qeyri-neft sektorunda alternativ gəlir mənbələrinin yaranmasına yönəldilməsi istiqamətində aparılan işlər, bu sahəyə xarici investisiyaların cəlb edilməsi, işgüzar mühitin və biznesin fəaliyyəti üçün yaradılan şərait Azərbaycanın müxtəlif böhranların uzunmüddətli təsirlərinə qarşı dayanıqlı iqtisadi bazasının formalaşmasına imkan verib. Təsadüfi deyil ki, bütün bunlar qısa müddət ərzində ölkəmizin bir çox beynəlxalq reytinqlərdə mövqeyinin yaxşılaşmasına gətirib. Dövlət başçısının "2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri"nin təsdiqi və vergi inzibatçılığının təkmilləşdirilməsi haqqında" Sərəncamı vergi sahəsində əsaslı islahatlara yol açıb. Belə ki, həyata keçirilməsi nəzərdə tutulan tədbirlər sırasında əlavə dəyər vergisi ilə bağlı məqamlar xüsusi diqqət çəkir. Məsələn, sərəncamda qeyd olunur ki, kiçik və orta sahibkarlığı stimullaşdırmaq, pərakəndə ticarətdə rəqabət mühitini təmin etmək və vergi yükünü optimallaşdırmaq məqsədilə, pərakəndə ticarət fəaliyyəti ilə məşğul olanlardan ƏDV ticarət əlavəsindən tutulacaq. Qeyd edək ki, kənd təsərrüfatı məhsullarının istehsalçıları 1999-cu ildən torpaq vergisi istisna olmaqla, Vergi Məcəlləsi ilə müəyyən edilmiş digər vergilərin ödənilməsindən azad edilib. Ölkədə həyata keçirilən vergi islahatının davamı olaraq gələn ildən Vergi Məcəlləsinə əhəmiyyətli dəyişikliklərin edilməsi nəzərdə tutulur.

Məlumat üçün qeyd edək ki, nəzərdə tutulan vergi islahatların ən mühümü qeyri-neft, qeyri-dövlət sektorunda çalışan vətəndaşlara əhəmiyyətli vergi güzəştinin tətbiq edilməsi, başqa sözlə, onların əmək haqlarından tutulan vergilərin mövcud faiz dərəcələrinin kəskin şəkildə azaldılmasından ibarətdir. Bu məqsədlə sənəddə iki əsas dəyişiklik nəzərdə tutulur. Əsas dəyişiklik vergiyə cəlb olunan məbləğin həcminin dəyişdirilməsi ilə bağlıdır ki, burada aylıq əməkhaqqı 8000 manatadək olan vətəndaşların gəlir vergisi tamamilə aradan qaldırılır. Bununla da dövlət çox böyük güzəşt, addım edir və faktiki olaraq qeyri-neft sektorunun inkişafına dəstək üçün bu illər ərzində verdiyi güzəştlərə əlavə olaraq belə bir vacib güzəşti də təqdim edir. Əməkhaqqı 8000 manatdan yuxarı olan məbləğə gəldikdə isə fiziki şəxslərin gəlir vergisinin 14% həcmində müəyyənləşdirilməsi təklif edilir.

Qeyd edək ki, hazırda ölkədə əmək haqqı ilə bağlı iki ödəniş növü - fiziki şəxslərin gəlir vergisi və məcburi dövlət sosial sığorta ödənişləri tətbiq edilir. Yeni qaydalara uyğun olaraq isə bu ödənişlərin vahid olması təklif edilir. Burada məqsəd işəgötürənlər üçün ödəniş prosesinin sadələşdirilməsidir. Hesab olunur ki, bununla "kölgə iqtisadiyyatı"nın azalmasına, qeyri-rəsmi məşğulluğun aradan qaldırılmasına, vətəndaşların hüquqlarının daha dolğun şəkildə təmin edilməsinə nail olunacaq. Bununla da işləyən insanların gələcəkdə pensiya təminatı həll olunmuş olacaq. Bu islahatın həyata keçirilməsi ilə həm qeyri-rəsmi məşğulluğun, həm də "kölgə iqtisadiyyatı"nın qarşısı xeyli dərəcədə alınmış olacaq.

Bundan başqa, təklif olunan dəyişikliklərdə fiziki şəxslərin gəlir vergisi ilə güzəştlər nəzərdə tutulur. Belə ki,  yeni islahatın təklif olunan formatında vahid vergi yükü müvafiq olaraq rəqəm 2 500 manatdan 8 000 manata qədər artırılır, fiziki şəxslərin 14%-lik gəlir vergisi isə 0% təklif edilir. Aylıq əməkhaqqı 8 000 manatdan yuxarı məbləğ isə 25%-dən 14%-ə endirilir. Yəni bu çöx əhəmiyyətli və köklü dəyişiklikdir. Bu, faktiki olaraq qeyri-neft, qeyri-dövlət sektorunda çalışan hər bir işçini əhatə edən əmək haqqı güzəşti islahatıdır. Mövcud qanunvericiliyə görə isə 173 manata qədər olan əməkhaqqlarında fiziki şəxslərin gəlir vergisi 0%, 2 500 manata qədər olan əməkhaqqıya görə fiziki şəxslər üçün 14%, 2 500 manatdan yuxarı olanlar üçün 25% gəlir vergisi nəzərdə tutulur. Hər bir əməkhaqqıya ümumilikdə 26% sosial ödəniş yükü də var.

Yeniliyə görə, pərakəndə ticarətdə nağdsız ödənişlər edən vətəndaşlar ödənilən vergi məbləğinin bir hissəsi ilə bağlı vergi güzəştləri əldə etmək imkanına malik olacaq. Bu istiqamətdə nəzərdə tutulan tədbir 2019-cu ildən başlayaraq onlayn kassa-nəzarət aparatlarının tətbiqidir. Faktiki olaraq bu istiqamətdə islahat nəticəsində olunacaq yeniliklə pərakəndə ticarət və xidmət sektorunda baş verən istənilən ödənişin ani şəkildə onlayn sistemdə əks etdirilməsi, yüklənilməsi və beləliklə hər hansı bir pozuntunun, dövriyyənin gizlədilməsi, həmin "kölgə iqtisadiyyatı"nda qalan ticarət dövriyyələrinin gizlədilməsi mümkünsüz olacaq.

İslahatın tərkib hissəsi olaraq "Sosial sığorta haqqında" qanuna ciddi dəyişikliklər nəzərdə tutulur. Belə ki, "Sosial sığorta haqqında" qanuna məcburi dövlət sosial sığorta haqlarının hesablanması və ödənilməsinə nəzarətlə bağlı təklif edilən yeni əlavəyə əsasən, məcburi dövlət sosial sığorta haqları üzrə hesabatın vaxtında təqdim edilməməsinə, hesablanmış məcburi dövlət sosial sığorta haqlarının azaldılmasına və ya yayındırılmasına görə maliyyə sanksiyalarının tətbiqi, məcburi dövlət sosial sığorta haqqının vaxtında ödənilməməsinə görə faizlərin hesablanması və artıq ödənilmiş məcburi dövlət sığorta haqqının qaytarılması Vergilər Məcəlləsində vergilər üzrə müəyyən olunmuş qaydada həyata keçirilir. Qanuna sığorta haqqına cəlb edilən aylıq gəlirləri ilə qrafik də əlavələr edilib. Təklif olunan dəyişikliyə görə, 200 manatadək maaş alan şəxsdən cəmi 25 faiz sosial sığorta tutulacaq ki, bu 25 faizin sığortaolunanın gəlirlərindən 3 faizi, 22 faizi isə sığortaedən tərəfindən ödəniləcək. 200 manatdan çox maaş alanların 10 faizini sığortaolunan, 15 faizini isə sığortaedən ödəyəcək. Qanuna muzdlu işə aid olmayan fəaliyyətdən gəlir əldə edən sığortaolunanlar üzrə məcburi dövlət sosial sığorta haqqı aşağıdakı dərəcədə ödənilməsi təklif olunur. Sahibkarlıq fəaliyyəti üzrə minimum aylıq əməkhaqqının tikinti və ticarət sahələrində 50 faizi, digər sahələrdə 25 faizi miqdarında; mülki hüquqi xarakterli müqavilələrlə işləyənlər üzrə ödəmə mənbəyindən tutulmaqla gəlirlərin 25 faizi miqdarında; xüsusi notariuslar üzrə minimum aylıq əməkhaqqının on mislinin 25 faizi miqdarında; müəlliflik qonorarı ödəyən hüquqi və fiziki şəxslər üçün ödəmə mənbəyindən tutulmaqla hesablanmış qonorar məbləğinin 15 faizi miqdarında; Vəkillər Kollegiyasının üzvləri, sərbəst auditorlar. Sərbəst mühasiblər gəlirlərinin 20 faizi miqdarında məcburi dövlət sosial sığorta ödəyəcək. Qanuna təklif olunan dəyişikliklər 2019-cu ilin yanvarın 1-dən etibarən qüvvəyə minəcək. Hesab olunur ki, həyata keçiriləcək vergi islahatı nəticəsində vətəndaşların və sahibkarların vergi yükü azaldılacaq. Bu da nəticə etibarı ilə ölkə iqtisadiyyatının daha da inkişaf etdirilməsi və əhalinin sosial-rifahının yüksəlməsinə səbəb olacaq.

Nurlan

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31