Qeyri-leqal məşğulluq aradan qaldırılır
Azərbaycandaciddi vergi islahatları həyata keçiriləcək
16 Noyabr 2018 14:49 İqtisadiyyatAzərbaycanda ciddi vergi islahatları həyata keçiriləcək
Noyabrın 16-da Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclası keçirilib. İclasda Vergilər Məcəlləsinə dəyişikliklərlə bağlı qanun layihəsi müzakiə edilib. Vergilər nazirinin birinci müavini Sahir Məmmədxanov 2019-cu ildə Vergilər Məcəlləsində gözlənilən mühüm dəyişikliklər barədə məlumat verib. Bildirib ki, təklif olunan paket dəyişikliklər bir neçə mühüm istiqaməti müəyyən edib: "Bu da vergidən yayınmanın, kölgə iqtisadiyaytının miqyasının azaldılması sahibkarlığın inkişafının gücləndirilməsi və vergitutma bazasının genişləndirilməsidir. Belə ki, 2016- cı ildə muzdlu işlə əlaqədar onların uçota və qeydiyyata alınması ilə bağlı ölkə prezidenti tərəfindən mühüm sərəncam imzalanmışdı. Burada 30-40-a qədər istiqamət müəyyənləşmişdi. Həmin tədbirlərin planının əsas istiqamətlərindən biri olan kölgə iqtisadiyyatı olaraq onların uçota alınması üzərində işlənilməyə başlandı. Heç kimə sirr deyil ki, əmək müqavilərinin bağlanmaması, əməkhaqqının göstərilməməsi mühüm faktdır. Bu kölgə iqtisadiyyataının genişlənməsinə ən çox şərait yaradır". Qeyd olunub ki, bir qrup vergiödöyiclərinin 65 faizi sadələşdirilmiş vergi ödəyicilərdir. Burada baş verən qanunsuzluqlar nəticə etibarilə bu sahəyə bu güzəştlərin edilməsi məsələsini önə çəkdi. Təklif olunur ki, bu sahəyə 7 il müddətinə güzəşt edilsin. Digər sahələri, yəni, neft sektorunu olduğu kimi saxlayırıq. Yəni, mövcud status kvoda saxlanılır. Əgər biz bu günə kimi 200 manatdan 173 manat çıxıb fərqini vergiyə cəlb edirdiksə, bu dəfə 200 manatın 26 faizi vergiyə cəlb ediləcək. Qanunun 20-ci (Qulluq stajına görə əmək pensiyasına əlavələr) maddəsinə əlavə edilən yeni - 30-cu bəndə əsasən, bu maddədə nəzərdə tutulan şəxslərin əmək pensiyalarına qulluq stajına görə əlavə hesablanarkən əmək haqqına, dövlət məvacibinə və vəzifə maaşına büdcədənkənar vəsaitlər hesabına verilən ödənişlər nəzərə alınmır. Qanuna əlavə edilən 22-1-ci (Əmək pensiyasının avtomatlaşdırılmış qaydada təyinatı zamanı 2006-cı il yanvarın 1-dək olan sığorta stajının hesablanması xüsusiyyətləri) maddəsinə əsasən, 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu maddəyə uyğun olaraq hesablanır. 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın 2006-cı il yanvarın 1-dək olan sığorta stajı, bu maddənin tələbləri nəzərə alınmaqla aşadığıdakı qaydada hesablanır: 2019-2020-c illərdə bu qanunun 7-ci maddəsi ilə müəyyən edilən (63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ var) yaş həddinə çatan sığortaolunana yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2021-ci ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Əlilliyi müəyyən edilən şəxsə əlliyə görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı həmin dövrə olan əmək qabiliyyətli yaş dövrünün hər ili üçün 4 ay götürməklə hesablanır. Ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilərkən pensiyaçı olmayan vəfat etmiş şəxsin 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu qanunun 22-1 maddəsi ilə hesablanır. Əmək pensiyası hüququ olan şəxslərin 2006-cı il yanvarın 1-dək faktiki sığorta stajı bu maddədə göstərilən sığorta stajından çox olduqda onların arzusuna əsasən pensiya təyin edilərkən faktiki sığorta stajı nəzərə alınır. Bu maddə aşağıdakı hallarda tətbiq edilmir: 2019-cu ilin yanvarın 1-dək təyin edilən əmək pensiyalarının pensiya hüququ yarandığı gündən yenidən hesablanması zaman; 2019-cu ilin yanvarın 1-dən sonra əmək pensiyası təyin edilən şəxslərə 2019-cu ilin yanvarın 1-dən əvvəlki dövr üçün əmək pensiyasının təyin edilməsi və ya əmək pensiyası məbləğinin hesablanması zamanı; Bu qanunun 20-ci maddəsinə əsasən, əmək pensiyasına qulluq stajına görə əlavə almaq hüququ verən qulluq stajının hesablanması zamanı; 2019-cu ilin yanvarın 1-dək "Sosial müavinətlər haqqında" qanuna əsasən təyin edilən sosial müvanətlərin bu qanunun 22-1 maddəsi tətbiq edilərək əmək pensiyalarına keçirilməsinə yol verilmir. Qeyd edək ki, qanuna dəyişikliklərin 2019-cu ilin yanvarın 1-dən qüvvəyə minməsi nəzərdə tutulur.
Ardınca "Əmək pensiyalar haqqında" qanuna dəyişiklik layihəsinin müzakirəsi aparılıb. Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev bildirib ki, "Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə əmək pensiyalarının elektronlaşması, əmək pensiyasının hesablanmasının avtomatlaşdırılması bağlı göstəriş verilib. Həmin tapşırığa uyğun olaraq nazirlik tərəfindən təkliflər hazırlanıb: "Bildiyiniz kimi, ölkədə 2006-cı il yanvarın 1-dən sonra fərdi uçot sistemi tətbiq olunub. Həmin dövrdən indiyədək bütün sığorta haqqı ödəyənlərin uçotu Dövlət Sosial Müdafiə Fondu tərəfindən həyata keçirilir. Lakin 2006-cı il tarixinə qədər elektron uçot sistemi olmayıb. Vətəndaş pensiya təyinatı ilə bağlı müraciət edərkən pensiya stajlarının təsdiq edilməsi üçün bir sıra sənədlərlə müraciət etməli olurdular və onlar əmək kitabçaları ilə bağlı məlumatı arxivdən çıxararaq gətirirdilər. Bu da uzun müddət çəkirdi, bir çox hallarda əsaslı və əsassız mübahisələrə səbəb olurdu, eyni zamanda sui-istifadə halları da baş verirdi. Təklifimizin mahiyyəti ondan ibarətdir ki, 2006-cı ilin 1 yanvar tarixindən əvvəlki dövrə aid olan 25 il sığorta stajını avtomatik olaraq hamı üçün hesablamaq istəyirik. 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2019-ci ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Bunun nəticəsində biz pensiyaları tam avtomatlaşdırılmış şəkildə təyin etmək imkanına malik olacağıq. Yəni şəxsin pensiya yaşı tamam olduqda onun telefonuna SMS vasitəsilə məlumat göndəriləcək ki, siz pensiya yaşına çatmısınız, müəyyən edilən məbləğ, pensiya kartının hansı ünvandan götürülməsi ilə bağlı məlumat veriləcək. Bununla da pensiyaların tam avtomatlaşdırılmasına nail olmalıyıq. Burada dövlət qulluqçuları və güzəştli şərtlərlə pensiyaya çıxanlarla bağlı istisna var. Çünki onların hesablamaları bir qədər fərqlidir, tam avtomatlaşdırılma mümkün deyil".
Gənən ildən ölkədə "İşsizlikdən sığorta haqqında" qanun layihəsinə də mühüm dəyişiklik təklif olunur. Belə ki, 2019-cu ildən işsizlikdən sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət Vergilər Nazirliyi tərəfindən həyata keçiriləcək. Bu səbəbdən layihədə sığortaçının, sığortaedənin və sığortaolunanın hüquq və vəzifələrində, uçot qaydalarında dəyişikliklər nəzərdə tutulmalıdır. Maddə 23-də təklif edilir ki, bu qanunun tələblərinin pozulmasına görə İnzibati Xətalar Məcəlləsinə əsasən, müvafiq icra hakimiyyəti orqanı tərəfindən tətbiq edilən cərimələrdən toplanan vəsaitin 50 faizi (əvvəllər bu 25 faiz idi) müvafiq icra hakimiyyəti orqanlarının işçilərinin sosial müdafiəsinin gücləndirilməsi və maddi-texniki bazasının yaxşılaşdırılması məqsədilə müvafiq icra hakimiyyəti orqanlarınının hesablarına köçürülür. Bu vəsaitlərin bölgüsü və onlardan istifadə qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur.
Alim