Normal bank xidməti vətəndaşın rahat yaşayışı üçün tələb olunan mühüm şərtlərdən biri sayılır

Azərbaycanda bank sektorunda problemlər hələ də qalmaqdadır. Bir neçə il əvvəl dünya maliyyə bazarlarında və neft bazarında baş verən arzuedilməz tendensiyadan sonra özünü qabarıq şəkildə göstərən bu problemin aradan qaldırılması istiqamətində ciddi səylər göstərilsə də, lakin bu günə qədər də bu sektorda tam mənada tarazlıq yaratmaq mümkün olmur.  Baxmayaraq ki, dövlət də öz növbəsində bank sektorunda vəziyyətin normallaşması məqsədilə bu sahəyə öz dəstəyini nümayiş etdirdi.

Ölkənin bank sektorunda bir neçə il əvvəl meydana gələn və bu gün də müəyyən mənada davam edən problemin həll edilməməsinin başlıca səbəblərindən biri bu sektorun ekstremal vəziyyətlərə hazır olmaması ilə bağlıydı. Fəaliyyətləri dövründə hər hansı gözlənilməz bir situasiyaya hazır olmaq barədə deyil, yalnız kredit verib əvəzinə vətəndaşdan aldğı faiz hesabına kapitalını artırmaq barədə düşünən bankların əksəriyyəti məhz bu səbəbdən rəqabətə davam gətirə bilməyərək böhran ərəfəsində bir-bir sıradan çıxdı. Bəzi banklar isə birləşərək vəziyyətdən çıxış yolu axtarmağa üstünlük verdi. Etiraf etmək lazımdır ki, bir neçə bankların birləşməsi də o qədər uğurlu alınmadı. Əgər dövlətin bu sektora dəstəyi olmasaydı, sözügedən banklar da həmin ərəfədə yaranmış böhrana davam gətirə bilməyərək öz fəaliyyətlərini dayandıracaqdılar. Konkret olaraq yaranmış vəziyyət bankların fəaliyyətində, eləcə də onların müştərilərə xidmətində ciddi problemlərin olduğunu ortaya qoydu. Elə iqtisadçı ekspert Pərviz Heydərov da bu qənaətdədir. O, bildirib ki, normal bank xidməti vətəndaşın rahat yaşayışı üçün tələb olunan mühüm şərtlərdən biri sayılır. İqtisadçı hesab edir ki, bank xidmətindən narazı olan vətəndaş üçün bütün digər xidmətlər necə təşkil olunursa, olunsun, qalan hər şey absurd əhəmiyyət kəsb edəcəkdir: "Ümumiyyətlə, bank təkcə pul yatırmaq üçün deyil, həm də geniş çeşiddə xidmət və əlaqə məskəni - obyekti sayılır. Təəssüf ki, bizdə banklar üzrə bütün xidmətlərin normal təşkil etdiyini söyləmək nəinki çətindir, qeyri-mümkün məsələdir. Lakin müsair bankçılıq fəaliyyəti elədir ki, bu sahədə xarici anoloji təcrübəni tədbiq etmədən, ümumiyyətlə beynəlxalq praktikadan olduğu kimi yararlanmadan elementar bank fəaliyyəti göstərmək artıq, mümkünsüz işdir. Bütün deyilənlər baxımından, bu günlərdə Beynəlxalq Bankın (ABB) Randevu xidməti diqqətimi cəlb etdi. Randevu xidməti bankda əvvəlcədən görüş təyin etmə və növbəsiz xidmət deməkdir. Onun üstünlüklərindən faydalanmaqla filiallarda növbəsiz xidmət almaq mümkündür. Bu, çox mühüm məsələdir. Başqa sözlə desəm, evdə oturduğun halda, internetdə onlayn qaydada qeydiyyatdan keç və təyin etdiyin vaxtda seçdiyin filial üzrə müvafiq xidmətdən istifadə et. Bunun üçün filialların hər hansı birində görüşü əvvəlcədən təyin etmək məqsədilə Azərbaycan Beynəlxalq Bankının saytında müvafiq səhifəni seçərək qeyd oluna sahələri doldurmaq kifayətdir. Demək istədiyim budur ki, vətəndaş və bank: istənilən zaman şəraitində mövcud iqtisadi situasiyanı müəyyən etmək və bu sahədə tibbi dildə desək, hərarət dərəcəsini ölçmək üçün məhz, bu iki subyekt arasında münasibətlərin real vəziyyətinə diqqət yetirmək kifayətdir".

Pərviz Heydərovun sözlərinə görə, sözügedən vəziyyət əgər, yüksək səviyyədə inam əsasında qurulmuşdursa və qarşılıqlı etimad atmosferi əsasında xarakterizə olunursa, demək, iqtisadiyyatda bütün işlər yaxşı sürətlə gedir: "Yox əgər, əksinə vəziyyətdirsə, problemlər hökm sürür.

İnam hissi isə vətəndaşlarda olmalıdır, başqa sözlə desəm, yaranmalıdır. Odur ki, yuxarıda qeyd etdiyim məsələnin həllində əsas yük bankların üzərinə düşür. Belə ki, bunun üçün hər bir bank vətəndaşda ilk növbədə özünə qarşı maraq yaratmalı, ikincisi təklif etdiyi xidmətlərə vətəndaşın "əlini çatan" etməli, üçüncüsü onların iqtisadi mənefələrinin təhlükəsizliyinə yüksək həddə təminat verməli və dördüncüsü isə üçüncü bir tərəflə münasibətlərin və yaxud qarşılıqlı əlaqələrin həyata keçməsində ən maksimal şəkildə vasitəçilik göstərməyə çalışmalıdır"..

Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31