ABŞ-ın sanksiyaları manatın məzənnəsinə təsir edəcəkmi?

Vüqar Bayramov: "Qonşu ölkələrdə mill valyutaların kursu bizim üçün əhəmiyyətlidir"

Amerika Birləşmiş Ştatlarının ayrı-ayrı ölkələrə tətbiq etdiyi iqtisadi sanksiyalar dünya bazarında qiymətlərin dəyişməsinə təsirsiz ötüşməyib. Xüsusən, sözügedən sanksiyalar ölkələrin milli valyutalarının dəyrdən düşməsinə səbəb olub. Xatırladaq ki, hazırda ölkəmizin 3 əsas qonşusu ABŞ-ın iqtisadi sanksiyalarına məruz qalmaqdadır. Türkiyə, Rusiya və İranın Azərbaycanın ən aktiv və xüsusilə qeyri-neft sektorunda yüksək payı olan ölkələr olmasını nəzərə alsaq, bu sanksiyaların təsiri məsələsi gündəmə gəlmiş olur. Məlumata görə, hazırda qonşu ölkələrdə yaranan vəziyyətin ölkəmizin iqtisadiyyatına təsirləri ölçülür, təhlillər aparılır. Yaranmış və yaranmaqda olan risklər müəyyən olunur, həmin risklərin yumşaldılması tədbirləri görülür. Ancaq təhlillər göstərir ki, əslində hər 3 ölkəyə qoyulan sanksiyalar dolayısı yolla Azərbaycana da təsirsiz ötüşməyəcək. Belə ki, lirə və rialın dəyərdən düşməsi ölkəmizə xüsusilə kənd təsərrüfatı mallarının, o cümlədən tikinti məhsulları daxil olmaqla ölkəmizdə istehsal olunan digər məhsulların istehsalını yüksək risk altına qoyur. Eyni zamanda, rublun dəyərdən düşməsi Rusiyaya ixrac olunan kənd təsərrüfatı məhsulları üzrə gəlirliyi minimuma endirir. Rusiyada istehsal olunan malların ölkəmizə idxalını daha cəlbedici edir. Deyilənləri ümumiləşdirsək, hər 3 ölkə üçün Azərbaycan daha çox məhsul satışı üçün rəqabət meydanına çevrilə bilər. Bu isə ölkədən valyuta axınını da sürətləndirər, istehsalı da məhv edər. ABŞ-ın qonşu plkələrə tətbiq etdiyi sanksiyaların ölkəmizə təsiri rəsmi maliyyə qurumları tərəfindən də etiraf edilir. Maliyyə naziri Samir Şərifov Milli Məclisin komitələrinin gələn ilin dövlət büdcəsi ilə bağlı birgə iclasında bildirib ki, Azərbaycanla qonşu ölkələrin və əsas ticarət tərəfdaşlarının milli valyutalarının ucuzlaşması manatın məzənnəsinə təqyiqləri artırır: "Neftin qiymətində müəyyən sabitləşməsinin Azərbaycana müsbət təsiri ehtimal olunsa da, regiondakı iqtisadi təlatümlərin ölkə iqtisadiyyatına potensial mənfi təsirləri də nəzərdən qaçırılmamalıdır. Qonşu ölkələrin və əsas ticarət tərəfdaşlarımızın milli valyutalarının ucuzlaşması bir tərəfddən yerli istehsalçıların ixrac imkanlarının azalması, digər tərəfdən isə ölkəyə idxalın artımı riskini aktualllaşdırır". Nazirin sözlərinə görə, xarici makroiqtisadi təhdidlərin ölkə iqtisadiyyatına təsirinin qarşısının alınması 2019-cu ildə həyata keçiriləcək monetar və fiskal siyasətin əsas hədəflərindən biri olacaq: "Bununla yanaşı, büdcənin sabitliyinin, ortamüddütıli dayanıqlılığın təmin edilməsi xüsusi əhəmiyyət kəsb edir. 2019-ci il də daxil olmaqla növbəti illərin icmal və dövlət büdcələri yeni qəbul edilmiş büdcə qaydasına uyğun hazırlanacaq".

Maraqlıdır, maliyyə nazirinin qonşu ölkələrdə milli valyutaların dəyərsizləşməsi manata təzyiqi artırır fikiri nədən xəbər verir? İqtisadçı ekspert Vüqar Bayramov bildirib ki, əslində bu bizim uzun müddət gündəmdə saxladığımz fikirin rəsmi dəstəklənməsidir: "Manatın kursu yalnız neftin dünya bazar qiymətindən deyil, eləcə də qeyri-neft ixracatımızda əsas tərəfadşlarımızın, xüsusən də Rusiya rublunun vəziyyətindən asılıdır. Neftin qiyməti manatın məzənnəsi üçün vacib olsa da aqrar məhsullarımızın 90, ümumi qeyri-neft ixracatımızın 34 faizinə sahib olan şimal qonşumuzun valyutasının dəyəri bizim üçün az əhəmiyyətli deyil. Eyni zamanda, rəsmi statistikaya əsasən, mədən sənayesi ümumi məşğulluğun cəmi 1 faizini formalaşdırır. Fərqli metodologiyadan istifadə olunsa da belə, neft sektorunun məşğulluqda payı 2 faizdən çox deyil. Bu isə o deməkdir ki, məşğulluğun 98 faizi qeyri-neft sektorunda formalaşır. Doğrudur, bu məşğulluq təxminən 40 faizi büdcə ayırmaları hesabına formalaşsa da yenə də qeyri-neft ixracatı bizim üçün nəinki iqtisadi, həm də sosial baxımdan əhəmiyyətini qoruyub saxlayır. Qeyri-neft ixracatındakı müqayisəli üstünlüklərimizin qorunub saxlanması üçün neftdən kənar sektorlar üzrə əsas ticarət tərəfdaşlarımızda valyutaların vəziyyətinin nəzərə alınması çox vacibdir. Bu baxımdan da qonşu ölkələrdə mill valyutaların kursu bizim üçün əhəmiyyətlidir. Öncədən proqnozlaşdırdığımız kimi, dekabrda dollara tələb yüksələcək. Amma bütün hallarda son qərarı Mərkəzi Bank verəcək. Bütövlükdə, vətəndaşlarımızın iki faktora, neftin dünya bazar qiyməti və qonşu ölkələrin, xüsusən də Rusiya rublunun vəziyyətinə diqqət edərək manata təzyiqin olub-olmadığını müəyyənləşdirə bilərlər". Belə halda, ABŞ-ın İrana tətbiq etdiyi yeni sanksiyalar paketi neftin dünya bazar qiymətinə necə təsir edəcək? Ekspertin sözlərinə görə, öncədən proqnozlaşdırdığımız kimi, artıq qlobal neft bazarı İrana qarşı tətbiq edilən sanksiyalara adaptasiya olunub: "Bu baxımdan, sanksiyaların gücləndirilməsinə baxmayaraq neftin qiyməti nəinki yüksəldi əksinə azaldı. Digər tərəfdən, ABŞ 8 ölkənin İrandan neft almasına növbəti 6 ayda yaşıl işıq yandırdı. Buna görə də, yaxın zamanlarda neftin 1 barelinin qiymətinin 70 dollardan aşağı düşdüyünü görsək heç də təəccüblənməməliyik". V. Bayramov icbari tibbi sığortanın tətbiqi məsələsinə də toxunub. Bildirib ki, icbari tibbi sığortanın  2019-cu ildən tətbiq edilməməsi gözlənilən idi: "Çünki, hələlik dövlət xəstəxanaları tam olaraq icbari tibbi sığortanın tətbiqinə hazır deyil. Bu sığorta növünün tətbiqi üçün qeyri-leqal məşğulluğun minimumlaşdırılmasına, sığorta şirkətləri ilə hospitalların münasibətlərinin tənzimlənməsinə ehtiyac var. Sığorta paketlərinin məbləği, ödənişin işçi və işə götürən arasında necə bölüşdürülməsi kimi məsələlər də açıq qalıb. Buna görə də, gələn il sizin əmək haqqınızdan icbari tibii sığorta ayırması tutulmayacaq".

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31