Azərbaycan ixrac missiyası Türkiyəyə gedir
23 Oktyabr 2018 15:25 İqtisadiyyatİqtisadiyyat Nazirliyinin dəstəyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə növbəti ixrac missiyası Türkiyənin İstanbul şəhərinə təşkil olunacaq. Nazirlikdən "Olaylar"a verilən məlumata görə, oktyabrın 23-dən başlayan ixrac missiyasına qida, inşaat və tikinti materialları, mebel istehsalı, turizm, yüngül və kimya sənayesi səhələrində fəaliyyət göstərən 19 Azərbaycan şirkəti daxildir. Missiya çərçivəsində Azərbaycanlı sahibkarlar türk iş adamları ilə ikitərəfli görüşlər keçiriəcək, Azərbaycan məhsullarının Türkiyəyə ixracının genişləndirilməsinə dair müzakirələr aparacaqlar. İxrac missiyası oktyabrın 27-dək davam edəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31