Xəzəryanı ölkələrdən olan sahibkar qadınların I forumu 2019-cu ildə keçiriləcək
22 Oktyabr 2018 18:32 İqtisadiyyatXəzəryanı ölkələrdən olan sahibkar qadınların birinci forumunun 2019-cu ilin aprelində Həştərxanda keçirilməsi planlaşdırılır.
Bu təklifi Həştərxan vilayəti və Azərbaycan tərəfi dəstəkləyib.
"Həştərxan-Azərbaycan" qadın sahibkarlığı forumu 3 gün ərzində keçiriləcək və təxminən 350 nəfər iştirak edəcək.
Tədbir çərçivəsində ustad dərsləri, ekspert sessiyaları, qadın sahibkarların biznes layihələrinin təqdimatı keçiriləcək.
Trend
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31