Azərbaycanın ötən illər ərzində valyuta ehtiyatları 23 dəfə artıb

2004-cü ildən başlanan regional inkişaf proqramların icrası nəticəsində ölkəmizdə qeyri-neft sektoru yüksəliş dövrünə qədəm qoyub. Bütün bölgələrdə yeni istehsal və xidmət müəssisələri fəaliyyətə başlayıb, quruculuq və abadlıq işləri geniş vüsət alıb. Regional inkişaf proqramları sosial sahədə qarşıda duran problemlərin həllində mühüm əhəmiyyət kəsb edib. Yeni müəsisələrin yaradılması tarazlı inkişafla bərabər, əhalinin məşğulluq probleminin həllində, yeni iş yerlərinin açılmasında əsaslı rol oynayıb.

2004-cü ildən başlanan regional inkişaf proqramların icrası nəticəsində ölkəmizdə qeyri-neft sektoru yüksəliş dövrünə qədəm qoyub. Bütün bölgələrdə yeni istehsal və xidmət müəssisələri fəaliyyətə başlayıb, quruculuq və abadlıq işləri geniş vüsət alıb. Regional inkişaf proqramları sosial sahədə qarşıda duran problemlərin həllində mühüm əhəmiyyət kəsb edib. Yeni müəsisələrin yaradılması tarazlı inkişafla bərabər, əhalinin məşğulluq probleminin həllində, yeni iş yerlərinin açılmasında əsaslı rol oynayıb.

Qəbul olunmuş Dövlət Proqramları əsasında bölgələrdə infrastruktur layihələri həyata keçirilmiş, əhalinin komunal xidmətlərdə, o cümlədən elektrik enerjisi, qaz və su ilə təchizatının yaxşılaşdırılması, səhiyyə və təhsil müəssisələrinin, mədəniyyət və idman obyektlərinin tikintisi, sosial vəziyyətin daha da yaxşılaşdırılması istiqamətində mühüm tədbirlər həyata keçirilib. Bölgələri əhatə edən magistral və kənd yolları müasir standartlara uyğunlaşdırılıb və hazırda bu  istiqamətdə işlər uğurla davam etdirilir.

Bütün bunlar bölgələrin simasının kökündən dəyişməsinə səbəb olub. Qəbul olunmuş 3 Dövlət Proqramında Ucar rayonu üçün nəzərdə tutulmuş müdəalar uğurla yerinə yetirilmişdir. Son 15 ildə rayonumuzda xeyli abadlıq, quruculuq işləri görülmüş, Ucar şəhərinin və kənd yaşayış ərazilərinin görkəmi və siması tamamilə dəyişmiş və yenilənmişdir. Qeyd olunan dövrləri əhatə edən müddətdə cənab İlham Əliyev 2006-cı ilin iyun ayında, 2011 və 2015-ci illərin oktyabr ayında rayonumuza səfər etmiş, görülmüş işlərlə tanış olumuş, bir sıra obyektlərin açılışında iştirak etmişdir. Bu müddətdə rayonda 18 məktəb binası, rayon mərkəzi xəstəxanası, Uşaq xəstəxanası üçün binalar, Heydər Əliyev Mərkəzi, Ucar Gənclər Mərkəzi, Tarix Diyarşunaslıq Muzeyi, Yeni Azərbaycan Partiyası Ucar rayon təşkilatı, Ucar Dövlət Aqrar İnkişaf Mərkəzi, Ucar rayon Polis şöbəsi, Ucar rayonu üzrə Maliyyə İdarəsi və sair idarələr üşün bunlar tikilib istifadəyə verilmişdir. Bu müddətdə Ucar şəhərinin və 15 kəndin su təchizatının yaxşılaşması üçün Ağsu rayonunun Kulullu kəndində su xətti çəkilmiş, rayonun 30 yaşayış məntəqələrindən 26-sı qazla təmin edilmiş, hazırda 3 kənddə işlər davam etdirlir, əhalinin elektrik enerjisi ilə təminatı yaxşılaşdırılmışdır.  Ötən müddətdə Qarabağ əlilləri və şəhid ailələri üçün 32 və 16 mənzilli yaşayış binaları tikilib istifadəyə verilmiş, Ucar şəhərində və kəndlərdə yolların yenidən qurulması, yol tikintisi istiqamətində lazımi işlər görülmüşdür. Dövlət Proqramının icrasına uyğun olaraq Müsüslü - Bərguşad - Boyat - Qazyan, Küçəkənd - Türkəci, Yuxarı Çiyni - Bərguşad, Qaradağlı - Çiyni, Qazqumlaq - Məlikballı, Ucar - Gəraybəyli, Rəstəcə kəndarası avtomobil yolları yenidən qurularaq istifadəyə verilmiş hazırda Ucar - Alpout - Lək - Qazyan - Qarabörk avtomobil yolunun tikintisi davam etdirilir. 

Belə ki, dövlətimizin başçısının müvafiq tapşırıqlarının icrası çərçivəsində Azərbaycanda dayanıqlı əsaslara malik kənd yerlərinin inkişafı və ərzaq təhlükəsizliyi sisteminin təmin edilməsi siyasəti çərçivəsində bütövlükdə kənd təsərrüfatı kooperasiyasının inkişafı, o cümlədən kənd təsərrüfatı kooperativləri şəbəkəsinin formalaşdırılması baxımından əlverişli biznes mühitinin yaradılması istiqamətində kompleks islahatların aparılmasına başlanılıb.

Bu gün qida məhsulları üzrə ixracla bağlı birinci yerdə pomidor dayanır - 2016-cı ildə 94 milyon dollar, 2017-ci ildə 151 milyon dollar. Fındıq - 2016-cı ildə 105 milyon dollar, 2017-ci ildə 114 milyon dollar. Xurma - 2016-cı ildə 69 milyon dollar, 2017-ci ildə 91 milyon dollar. Alma - 2016-cı ildə 23 milyon dollar, 2017-ci ildə 31 milyon dollar. Kartof - 2016-cı ildə 16 milyon dollar, 2017-ci ildə 26 milyon dollar. Albalı və gilas eyni səviyyədədir - 23 milyon dollar. Soğan 2016-cı ildə ixrac demək olar ki, olmayıb, 2017-ci ildə 15 milyon dollar. Bitki yağları - 2016-cı ildə 10 milyon dollar, 2017-ci ildə 14,5 milyon dollar. Yəni, bu rəqəmlər onu göstərir ki, ixracda müsbət dinamika və meyillər var. Sadaladığım layihələr icra olunduqda bu dinamika daha da sürətlə gedəcək.Aqrar islahatların müasir mərhələsində ölkəmizdə kənd təsərrüfatı kooperasiyasının inkişafı üçün yeni imkanlar yaranır ki, bu da öz növbəsində islahatların uğurla davam etdirilməsinə şərait yaradan daha bir amildir.

Dövlət Proqramında müəyyən edilmiş məqsədlərə nail olunması, eləcə də qeyd edilən vəzifələrin yerinə yetirilməsi üçün ölkədə makroiqtisadi sabitliyin qorunması mühüm əhəmiyyət kəsb edir. Makroiqtisadi sabitliyi nəzərə alaraq dövlətin büdcə siyasətində iqtisadiyyatın prioritet sahələrinin modernləşməsi və onun effektivliyinin, uzunmüddətli dayanıqlılığının təmin edilməsi üçün şəraitin yaradılması, investisiya mühitinin daha da yaxşılaşdırılması prioritet olacaqdır. İqtisadi artımın, məşğulluğun, büdcə və valyuta gəlirlərinin əsas mənbəyi kimi qeyri-neft sektoru tarazlı və dayanıqlı iqtisadi artıma nail olunmasında və yüksək gəlirli iqtisadiyyatın formalaşmasında strateji amil rolunu davam etdirəcəkdir.

Bu gün isə Azərbaycanın valyuta ehtiyatları 45 milyard dollara bərabərdir. Ötən illər ərzində ölkənin valyuta ehtiyatları 23 dəfə artırıb. Həm böyük investisiya layihələrinə, infrastruktur layihələrinə, neft-qaz kəmərlərinin tikintisinə vəsait qoymuşuq. Bunlar çox vəsait aparan layihələrdir. Eyni zamanda, öz valyuta ehtiyatlarımızı 23 dəfə artırmışıq və adambaşına düşən valyuta ehtiyatlarının həcminə görə bu gün Azərbaycan dünya miqyasında qabaqcıl yerlərdədir. Bizim valyuta ehtiyatlarımız ölkəmizin ümumi daxili məhsuluna bərabərdir. İqtisadçılar yaxşı bilirlər ki, bu göstərici nəyi əks etdirir.

Ötən illər ərzində əhalimiz 1,5 milyon nəfər artıb. Bu, çox gözəl göstəricidir. Bu, onu göstərir ki, əhalimiz artır, ölkəmiz güclənir. Əlbəttə ki, bu artımın ümumi iqtisadi inkişafımızla sıx əlaqəsi var. Hesab edirəm ki, biz bu göstəriciyə görə fəxr edə bilərik. Əlbəttə ki, əhali artımı hər bir ölkə üçün önəmli amildir. Eyni zamanda, bu, bizi daha da fəal işləməyə sövq etməlidir. Çünki artan əhali, eyni zamanda, bizdən buna adekvat iqtisadi inkişaf tələb edir. Biz 14 il ərzində ölkəmizdə 1,9 milyon iş yeri yaratmışıq ki, onlardan 1,4 milyonu daimi iş yeridir. Ancaq əhali 1,5 milyon nəfər artıb. Bəli, bu vətəndaşlar hələ ki, yeniyetmə və uşaqdırlar, ancaq bir neçə ildən sonra onlar işlə təmin olunmalıdırlar.

Ona görə iş yerlərinin yaradılması Azərbaycanda daimi proses olmalıdır. İndi dünyada texnoloji inkişafın çox sürətlə getdiyini və bunun iş yerlərinin ixtisarına gətirib çıxardığını nəzərə alsaq, biz bu sahəyə çox böyük diqqət verməliyik ki, Azərbaycanda işsizlik daim aşağı səviyyədə olsun. Necə ki, görülən işlər nəticəsində bu gün Azərbaycanda işsizlik 5 faiz, yoxsulluq isə 5,4 faiz səviyyəsindədir. Biz birinci proqramın icrasına başlayanda yoxsulluğun səviyyəsi 50 faiz idi, indi isə 5,4 faizdir.

Ölkəmizdə biznesin inkişafı üçün şəraitin yaradılması istiqamətində ciddi addımlar atılmışdır. Sahibkarlara güzəştli şərtlərlə 2 milyard manatdan çox kreditlər verilmişdir.Son illər ərzində ictimai xidmətlər sahəsində inqilabi dönüş baş verdi. "ASAN xidmət" mərkəzlərinin yaradılması bu sahədə inqilabi dönüş etdi. Son beş il ərzində bu mərkəzlərdə 20 milyona yaxın müraciət qəbul edilmişdir və "ASAN xidmət" mərkəzlərini bəyənmə əmsalı 100 faizə yaxındır. Bu gün Azərbaycan iqtisadiyyatının inkişafı ölkəmizin beynəlxalq aləmdə tanıdılması 2 istiqamətdə özünü ehtiva edir.

"Birincisi Azərbaycan iqtisadiyyatının gücü ölkənin beynəlxalq arenada söz sahibi olmasını şərtləndirir. Ötən illər ərzində Azərbaycan xeyli sayda beynəlxalq miqyaslı təbirlərə ev sahibliyi edib. Digər tərəfdən isə ölkəmiz müxtəlif beynəlxalq tədbirlərdə yüksək səviyyədə təmsil olunur.

İkinci istiqamət ondan ibarədir ki, bu gün ölkəmizdə istehsal olunan müxtəlif məhsullar "Made in Azerbaijan" brendi adı altında dünyanın müxtəlif ölkələrində istehlakçılara təqdim olunur. Bu məhsullar yüksək keyfiyyəti və təbii olması ilə seçilir. Bu gün Azərbaycanın beynəlxalq aləmdə tanıdılmasında iqtisadi gücün təsiri danılmazdır".

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31