“Star” Neft Emalı Zavodunun istifadəyə verilməsi Ankara və Bakı üçün nə vəd edir?

Fikrət Yusifov: “Bu kimi meqa layihələr bölgənin enerji xəritəsinin müəyyən olunmasında Azərbaycanı və Türkiyəni önə çıxarır”

Fikrət Yusifov: "Bu kimi meqa layihələr bölgənin enerji xəritəsinin müəyyən olunmasında Azərbaycanı və Türkiyəni önə çıxarır"

Azərbaycan iqtisadiyyatının dinamik və hərtərəfli inkişafı ölkəmizin iqtisadi qüdrəti və potensialını getdikcə artırır. Xüsusilə həyata keçirilən məqsədyönlü siyasət və neft gəlirlərindən səmərəli istifadə iqtisadi sahədə daha yeni-yeni uğurlara imza atmağa imkan yaradır. Bu gün Azərbaycan iqtisadiyyatı elə bir səviyyədə inkişaf edib ki, indi ölkəmiz özü ayrı-ayrı dövlətlərə sərmayə yatırır, kapital qoyur.  Halbuki bir neçə il əvvəl, xüsusilə müstəqilliyimizin ilk illərində xarici sərmayələrin ölkəmizə cəlb edilməsində belə ciddi çətinliklərlə üzləşirdik. O dövrdə Azərbaycanın xarici ölkələrə kapital qoya biləcəyi isə fərziyə, reallaşması mümkün olmayan hadisə kimi görünürdü. İndi isə situasiya tamamilə fərqlidir və iqtisadiyyatımızın dinamik inkişafı nəticəsində nəinki daxildə müxtəlif sahələrin inkişafına, hətta ayrı-ayrı ölkərələrə belə kapital qoyulur. Elə bu günlərdə SOCAR-ın kapitalı hesabına Türkiyənin İzmir bölgəsində "Star" Neft Emalı Zavodunun istifadəyə verilməsi də deyilənlərin əyani sübutudur.  Düzdür, sözügedən zavodun istifadəyə verilməsi Azərbaycanın iqtisadi gücünün, qüdrətinin göstəricilərindən biridir. Ancaq eyni zamanda bu hadisə həmçinin Türkiyə-Azərbaycan dostluq və qardaşlığının təzahürü, əyani sübutudur. Elə əksər ekspertlər də məsələyə bu aspektdən yanaşırlar. Sabiq maliyyə naziri, "Ekonomiks" Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri, iqtisad elmləri doktoru Fikrət Yusifov da hesab edir ki, "Star" Neft Emalı Zavodunun istifadəyə verilməsi Ankara-Bakı əlaqələrinin ən yüksək səviyyədə inkişaf etdiyinin və iki ölkənin qarşısına qoyduğu bütün hədəflərə qəsa zamanda çatdığının sübutudur.

-Fikrət müəllim, bu günlərdə Türkiyədə "Star Rafineri"nin açılışı oldu. Bu zavodun açılışı iki ölkə üçün hansı perspektivlər, əlavə imkanlar açır?

-Azərbaycan - Türkiyə əlaqələri özünün ən çiçəklənən dövrünü yaşayır. Bu da tam təbidir. Bu gün bir millət iki dövlət olan bu iki qardaş ölkələr bir-birinin ərazisində istənilən səviyyədə yatrımlar edirlər. Bu tək ortada olan inamdan, etibardan irəli gəlmir. Burada sadəcə olaraq hər iki tərəf bu yatırımlara öz ölkəsinə edirmiş yatrımlar kimi yanaşlır. Elə bu səbəbdəndir ki, Azərbaycanın qardaş ölkəyə yatırımlarının ümumi həcmi artıq 20 milyard ABŞ dollarına yaxınlaşır. Bu da hələ son deyil. Türkiyə tərəfi də Azərbaycana 13 milyard dollara qədər yatırımlar edib və bu proses hər iki tərəfdən davam edir

-Zavodun açılışı hansı iqtisadi perspektivlər vəd edir?

-"Star Rafeneri" zavodunun bu günlərdə baş tutmuş aşılışı iki ölkə arasında iqtisadi əlaqələrin daha da dərinləşməsi demək oldu. Zavodun fəaliyyəti hər iki ölkənin iqtisadiyyatına böyük fayda verəcəkdir. Zavodda ildə 1,6 milyon. ton nafta, 5 milyon ton dizel, 1,6 milyon. ton təyyarə yanacağı, 300 min ton LPG, 700 min ton neft koksu, 400 min ton qarışıq ksilol, 160 min ton kükürd, 500 min ton reformat istehsal olunacaq. "Star Rafineri" əsas payı SOCAR-a məxsus olan Türkiyənin yeganə neft-kimya kompleksi sayılan "Petkim"i xammalla təmin edəcək, Türkiyə bazarında getdikcə artan dizel və təyyarə yanacağı tələbatının bir hissəsi də zavodda istehsal olunacaq. Bir sözlə tam gücü ilə işləyəcək zavod Türkiyənin neft idxalını 1,5 milyard dollar azaldacaq və onun neft məhsullarına olan tələbatının 25 faizdən çoxunu təmin edəcəkdir.

-Bu həm də Azərbaycan və Türkiyənin dostluq, qardaşlığının bariz nümunələrindən biri deyilmi?

-Bu gün Azərbaycan-Türkiyə münasibətləri dünya ölkələrinin əksəriyyətinin bir-birinə savaş açdığı bir dönəmdə tək qardaşlıq deyil - həm də yaxşı regional əməkdaşlıq nümunəsidir. Bu münasibətlərin getdikcə daha da dərinləşməsindən daha çox əndişələnən yaramaz ermənilərdir. Onlar hər iki ölkənin bu qədər yaxınlaşmasının və güclənməsinin nə vaxtsa Ermənistanı diz üstə qoyacağını yaxşı anlayırlar. Kölgəsində yatdıqları "qaya" da bir gün bu harınların xəyanətlərini həzm etməkdən vaz keçəcək. Elə buna görə də bölgədə Azərbaycan-Türkiyə qardaşlığının əsasında formalaşan iqtisadi güc və qüdrət sonda ən böyük söz sahibi olacaq.

-Bu kimi layihələr , infrastruktur tədbirləri regionun enerji xəritəsinin yenidən məhz Azərbaycan və Türkiyə tərəfindən cızıldığından xəbər vermirmi?

-Bu kimi meqa layihələr təbii ki, bölgənin enerji xəritəsinin müəyyən olunmasında Azərbaycanı və Türkiyən önə çıxarır. İndi Azərbaycan və Türkiyə üzərindən Avropaya və dünyanın başqa bölgələrinə çatdırılan neft və qaz hər iki ölkənin siyasi çəkisini də kifayət qədər artırır. Bu uğura birgə imza atmaq isə hər iki ölkə üçün qürurverici bir haldır. Hesab edirəm ki, Türkiyə və Azərbaycan qarşıdakı dönəmlərdə bundan heç də az əhəmiyyət kəsb etməyən və bütün dünyaya səs salan daha böyük transmilli layihələrə imza atacaqlar.

Füzuli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31